"Zaman-Azərbaycan”nın baş redaktoru ölkədən getdi

15 dekabr 2014
"Zaman-Azərbaycan”nın baş redaktoru ölkədən getdi
Dünəndən etibarən polis Türkiyənin “Zaman” qəzeti və “Samanyolu” televiziyası (STV) ilə bağlı əməliyyatları davam etdirir

“Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da qəzetinin redaksiyasında saxlanılıb.

a24.az xəbər verir ki, indi hər kəsi həm də Fətullah Gülənin media orqanlarının digər ölkələrdə olan nümayəndəliklərinin taleyi düşündürür. Türkiyənin “Zaman” qəzetinin bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da nümayəndəliyi var. Sayt məsələ ilə bağlı «Zaman» qəzetinin redaksiyası ilə əlaqə saxlayıb. Adını açıqlamayan şəxs bildirib ki, Türkiyədə baş verənləri onlar da mediadan izləyirlər: " Bunun bizə heç bir aidiyyətı yoxdur".

“Zaman Azərbaycan” qəzetinin köşə yazarı Əli Çərkəzoğlu isə bildirib ki, bu barədə heç bir söz danışa bilməz: “Mən də sizin kimi mətbuatdan izləyirəm Türkiyədə baş verən prosesləri”.

Saytın əldə etdiyi məlumata görə, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal artıq Türkiyədədir. Onun Türkiyəyə nə məqsədlə getdiyi dəqiq bilinmir. Yeri gəlmişkən, sayt bildirib ki, Süleyman Ünalın da mövqeyini dərc etməyə hazırdır.

“Zaman Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal 2010-cu ilin yanvar ayından Azərbaycandadır. 11 il Avstraliyada dərc olunan “Zaman Avstraliya” qəzetinə rəhbərlik etdikdən sonra Azərbaycana gəlib.

Xatırladaq ki, “Zaman Azərbaycan” qəzetinin Süleyman Ünaldan əvvəlki baş redaktörü Enis Cansevər olub. Hazırda Sidneydə “Zaman Avstraliya” qəzetinə baş redaktorluq edir.
Xəbəriniz olsun

23.06.2018 - Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

Facebook