Oliqarxların Londondakı malikanələrinə “səyahət” başladı

03 mart 2016
Oliqarxların Londondakı malikanələrinə “səyahət” başladıLondonda antikorrupsiya fəalları və araşdırmaçı jurnalistlər bəzi keçmiş sovet respublikalarından olan oliqarxların malikanələrinə “Kleptokratik tur” adlı (kleptokratiya-oğruların hakimiyyəti deməkdir) ifşaedici səyahətə başlayıblar.

Virtualaz.org xəbər verir ki, fəallar bununla Britaniya hökumətinin korrupsionerlərin Londonu çirkli pulların yuyulması məkanına çevirməsinə etiraz edirlər.

Aksiyanın təşkilatçılarından biri, maliyyəçi və antikorrupsiya fəalı Roman Borisoviç “The Guardian” qəzeti üçün yazdığı məqalədə bildirib ki, həvəskar ekskursiyaçılar “Kleptokatik tur”a bilet almaq üçün toplaşıblar. “Lakin bizim əsl məqsədimiz supervarlıların həyat tərzi haqda təsəvvürlər yaratmaq deyil. Turun məqsədi Rusiya, Ukrayna və Qazaxıstan kimi keçmiş sovet respublikalarından olan milyarderlərə şübhəli pullarla Londonda daşınmaz əmlak almağa necə şərait yaratdıqlarını və onlara bizim paytaxtımızda özlərini bu cür sərbəst hiss etmələrinə imkan yaratdıqlarını ifşa etməkdir”-məqalədə deyilir.

Müəllif yazır ki, Londonda sahibi xarici vətəndaşlar olan 35 mindən çox daşınmaz əmlak obyekti var. Lakin heç kim bilmir ki, onların sahibi kimdir və hansı pulların hesabına alınıb. “Bizim bələdçilərimiz-tanınmış araşdırmaçı jurnalistlər və çirkli pulların yuyulması problemi üzrə ekspertlər bu malikanələrin ən dəbdəbəli olanlar izah edəcəklər ki, həmin əmlakın alınmasında bankirlər, hüquqşünaslar, agentlər qismində bələdçilər hansı rolu oynayırlar. Və onlar danışacaqlar ki, çirkli pullar Londonun daşınmaz əmlak bazarını necə başına götürüb”-Roman Borisoviç yazır.

Müəllif qeyd edir ki, oliqarxların malikanələrinə ekskursiya onların məcburən əl atdıqları addımdır. Çünki hökumət daşınmaz əmlak bazarında keçmiş sovet respublikalarından olan korrupsionerlərin çirkli pullarının yuyulmasına qarşı heç bir tədbir görmür və daş sükutu nümayiş etdirir. Bununla belə ötən il Borisoviçin “Chanel 4” telekanalı ilə nümayiş etdirilən “Rusiyadan pullarla” adlı sənədli filmindən sonra parlament kleptokratların daşınmaz əmlak vasitəsilə çirkli pulları yumasına qarşı qanunvericiliyə düzəlişlər edib. Qanuna görə həmin mülklərin sahibləri onların çirkli pullarla alınmadığını sübut edə bilməsələr mülkiyyət hüququndan məhrum ediləcəklər.

“Beləliklə, bizim “Kleptokratik tur” kimi layihələrimizin məqsədi Londonu offşor daşınmaz əmlak zonasından təmizləmək prosesini başlatmaqdır”-məqalədə deyilir.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook