Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb? – ŞOK İDDİA

04 mart 2016
Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb? – ŞOK İDDİADeputat Hacı Salayevin oğlu Kənan Salayev haqqında qalmaqallı xəbər yayaılıb.

Savash.org Qaynar.info-ya istinadən xəbər verir ki, deputatın oğlu atasına məxsus “Lake Palace” otelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir.

Bildirilir ki, oteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur və “Bakı kübarları”na aid olmayan heç kəs qumar masasına buraxılmır. Mənbə bildirir ki, əslində gecə saatlarında “Lake Palace” otelində qumar oynayan gənclər Kənan Salayevin dostları və tanıdıqlarıdır. Kənan Salayevin isə çoxdan Bakının gecə həyatında iz qoyan gənclərdən biri olduğu bildirilir.

Mənbə bildirir ki, “Lake Palace” otelindəki qumar masalarını Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs idarə edir. Buna baxmayaraq Ayazın özünün də masada qumar oynadığı və bəxtinin də tez-tez gətirmədiyi idda olunur. Buna misal olaraq mənbə bildirir ki, fevral ayında Ayaz Aynar Məmmədova 30 min manat uduzub.

Mənbə həmçinin onu da qeyd edir ki, Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs təkcə “Lake Palace” otelindəki qumar masalarını idarə etmir. Həmçinin Hacı Salayevin “Xəzər” çörək zavodu da Ayazın nəzarətindədir. Mənbə biddia edir ki, Ayaz adlı şəxs Kənan Salayevin ona olan hədsiz inamından istifadə edərək “Xəzər” çörək zavodunun gəlirlərini həm özünün, həm də Kənan Salayevin əyləncələrinə sərf edir.

“Kənan Salayev vaxtının çoxunu xaricdə keçirdiyi üçün Ayaz rahatlıqla “Xəzər” çörək zavodunu öz zavodu kimi idarə edir və hər ay Hacı Salayevin biznesindən külli miqdarda vəsaiti özününküləşdirir”, deyə mənbə iddia edir.
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook