Abşeronun icra başçısı keçmiş deputatı niyə “cəzalandırdı”…

06 mart 2016
Abşeronun icra başçısı keçmiş deputatı niyə “cəzalandırdı”…“Bir-neçə həftə əvvəl Xırdalandakı H.Əliyev prospektində ulu öndərin şəhərdə olan yeganə posteri gecəynən yoxa çıxdı. Bu barədə “Feysbuk”da status paylaşdım. Bir-sıra saytlar da faktı yayımladığından sonra olay ictimailəşdi. İcra hakimiyyətindən məsələylə bağlı açıqlama verılərək bildirildi ki, “bəs guya ki, poster zədələnib və bir-iki günə bərpa olunaraq yerinə qoyulacaq”. Ancaq hadisədən az qala bir ay keçib və posterdən hələ ki xəbər yoxdu”.

AzToday.az xəbər verir ki, barədə keçmiş deputat Etibar Hüseynov “Facebook” səhifəsində məlumat verib.

Eks-deputat bildirib ki, yoxa çıxan posterin əvəzində qəzəbinə tuş gəldiyi Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova onu “cəzalandırmaq” qərarına gəlib.

“Gətirib yaşadığım küçədəki evimın düz qabağına 4 iri zibil qabı qoydurub. Halbuki, həmin küçədə mənimlə bərabər cəmi 3 ailə yaşayır. Zibil qutularının birbaşa İradə xanımın göstəriylə qoyulduğunu Mənzil İstismar Sahəsinin rəisi Rəzzaq, Məişət tullantıları idarəsinin direktoru İslam, o cümlədən icra başçısının Fuad adlı köməkçisi də təsdiqlədilər. İndi onsuz da bərbad olan küçəmiz, xüsusən də küləkli havadan sonra böyük bir zibilxanaya çevrilir. Olsun. Amma bu cür səviyyəsiz addımlar bizi əsas hədəfdən yayındıra bilməz. Hörmətlı İradə xanım, ulu öndərin posterini gecəynən yığışdırıb, ətrafındakı ağacları da məhv eləməkdə məqsədiniz nədir? Bir aya da postermı bərpa olunar? Bax bu sualları sizə hər gün, hər həftə, hər ay verəcəyik…”,-deyə Etibar Hüseynov bildirib.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook