Bazarkomun oğlu bu dəfə gecə klubunu basdı: İSA ƏZİZOV YENƏ GÜNDƏMDƏ

09 mart 2016
Bazarkomun oğlu bu dəfə gecə klubunu basdı: İSA ƏZİZOV YENƏ GÜNDƏMDƏBu yaxınlarda həbsdən çıxan sözügedən şəxs dostuyla birlikdə mühafizəçiyə hücum çəkiblər, lakin döyülüblər

Bir müddət əvvəl xəbər vermişdik ki, «8-ci km» bazarının sahibi Nadir Əzizovun oğlu İsa Əzizov Tiflis prospektində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsində satıcını döyüb. Həmin vaxt Əzizov 90-HN-999 dövlət nömrə nişanlı “Bentley” avtomobili ilə “zapravka”ya yaxınlaşıb və 100 manatlıq uzadaraq, qalıq pulun geri qaytarılmasını tələb edib. Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, “Bentley” sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayırlar.

Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlir və sərnişinlərə gözləməyi tövsiyə edir. Bu da ikinci qığılcıma səbəb olur. Maşından düşən “qoçular” S.Bağırovu mağaza tərəfə, təhlükəsizlik kameraları olmayan istiqamətdə sıxışdırırlar.

Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli “Prado” daxil olub. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar.

Bundan sonra, “Bentley”in sürücüsü maşınından silah götürərək, “hamını güllələyəcəyəm” deyib. Amma dostu silahı onun əlindən almağa müvəffəq olub. Daha da hiddətlənən “Bentley” sürücüsü POS-terminalı götürərək Sadiq Bağırova başından zərbələr endirməyə başlayıb.

JAM.AZ xəbər verir ki, bu, İsa Əzizovun adının qarışdığı ilk insident deyid. Onun ötən ilin mayında dostları ilə birgə Bakının karaoke-klubu “Famous”da qızları döyməsi hələ də səs-küyə səbəb olmaqdadır.

Qeyd edək ki, İsa Əzizov «Azpetrol» olayından sonra polis tərəfindən saxlanılmışdı. Hətta məhkəmənin qərarı ilə ona 30 sutka həbs cəzası da verilmişdi.

Bu yaxınlarda həbsdən çıxan Əzizovun adı daha bir qalmaqala qarışıb. Bu barədə JAM.AZ-a məlumat verən oxuculardan biri bildirib ki, bazarkomun oğlu bu günlərdə Bakıdakı tanınmış gecə klubların birində dava salıb. Belə ki, İsa Əzizov dostu ilə birlikdə həmin klubun mühafizəçisiylə əlbəyaxa olublar. Döyüşdə mühafizəçi Əzizov və dostunu döyüb. Amma məsələ bununla da bitməyib. Mənbəmiz bildirir ki, İsa Əzizov və dostu həmin mühafizəçiyə xəbərdarlıq ediblər ki, yaxın günlərdə yenə gəlib, haqq-hesab çəkəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook