25 yaşlı gəlin özünü niyə asdı? — TƏFƏRRÜAT

09 mart 2016
25 yaşlı gəlin özünü niyə asdı? — TƏFƏRRÜATXəbər verdiyimiz kimi, iki gün öncə Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonun Qaraçala kənd sakini 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib. 25 yaşlı Ruhəngiz özünü həyətlərindəki yarımtikilidə asıb.
Savash.org xəbər verir ki, kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Ruhəngiz Babayeva yeni ailə qurubmuş. Onun bir azyaşlı övladı olub. Ailə qurduğu şəxs isə həm ana, həm də ata tərəfdən ona qohum olub. “Yoldaşının anasını elektrik cərəyanı vurub, rəhmətə gedib. Atası isə ağır xəstəlikdən dünyasını dəyişib. İndi də bu gəlin həmin evdə özünü asdı. Hamı deyir ki, bəlkə, o evdə pis aura var. Çünki Ruhəngizin özünü hansı səbəbdən öldürmək istəməsi məlum deyil. Heç kiminlə mübahisəsi olmayıb. Ailədə də yoldaşı ilə münasibətləri yaxşı olub”, – deyə ailəyə yaxın olan qohumlardan biri bildirib.
Sayt yazır ki, intihar edən gəlinin qardaşı bir gün əvvəl tort üçün lazım olan ərzaqları alaraq bacısından onun nişanlısı üçün bayram tortu hazırlamasını xahiş edib. Ruhəngiz bayrama görə, evlərində təmizlik işi apardığını deyib və qardaşından aldıqlarını atası evinə aparmasını xahiş edib. O, təmizlik işləri bitdikdən sonra ora gələrək tortu hazır edəcəyini deyib.
“Axşamüstü uşağını saxlaması üçün qayınına verib. Özü isə bir az işi olduğunu, tez qayıdacağını deyib. Amma sonra ondan xəbər olmayıb. Gəlinin asılmış meyitini isə yoldaşının babası aşkar edib”. Heç bir problemin yaşanmadığı ailədə baş verən hadisə hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür.
Faktla bağlı hazırda Salyan Rayon Prokurorluğunda araşdırma aparılır
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook