“Aztelekom”a təyin edilən yeni rəhbəri kim və niyə gizlədir?

11 mart 2016
“Aztelekom”a təyin edilən yeni rəhbəri kim və niyə gizlədir?Ölkə.az-a daxil olan məlumata görə, bu gün “Aztelekom MMC”yə yeni rəhbər təyin olunub.

Təyin olunan yeni rəhbər hələlik işçi heyətinə təqdim olunmasa da, artıq direktor kabinetindədir. Daxil olunan digər məlumata görə isə, təyin edilən şəxs direktor vəzifəsini müəyyən müddətə qədər müvəqqəti icra edəcək, çünki “Aztelekom MMC”nin yaxın günlərdə ya ləğv ediləcəyi, ya da başqa bir idarəyə birləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, “Aztelekom MMC”nin bundan əvvəlki baş direktoru Məhəmməd Məmmədov məşhur “MTN işi” ilə bağlı həbs edilib.

Məsələnin detallarını araşdırırıq. Əldə edəcəyimiz yeni məlumatları oxucularımızla bölüşəcəyik.

P.S. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Zəng etdiyimiz nömrələrə cavab verən nazirliyin bütün məsul şəxsləri bizi bir-birinin üzərinə yönləndirərək sualımıza cavab vermədilər. Ümid edirik ki, yeni nazir qurumunda mətbuatla bağlı məsul olan şəxslərə öz vəzifələrini başa salacaq və mətbuata düzgün informasiyanın vaxtında verilməsinin izah edəcək.
Xəbəriniz olsun

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

18.07.2018 - Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

Facebook