ABŞ-ın İslam təşkilatları Donald Trampı ittiham edir

11 mart 2016
ABŞ-ın İslam təşkilatları Donald Trampı ittiham edirAmerika Birləşmiş Ştatlarında müsəlmanları təmsil edən qeyri-hökumət təşkilatları prezidentliyə namizəd Donald Trampın onlardan üzr istəməsini tələb edir. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika Müsəlman Münasibətləri Şurası (CAİR) və ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) və digər bu kimi təşkilatların nümayəndələri toplanan tədbirdə üzr tələbi ilə çıxış ediblər.

CAİR sədri Nihad Avad “İslam bizə nifrət edir” deyən Donald Trampın həm müsəlmanlar, həm də Amerikada yaşayan digər azlıqlardan üzr istəməli olduğunu bildirib:

“Bundan əvvəl də müsəlmanların Amerikaya girişinin qadağan olunmasını təklif edən Tramp artıq İslamı günahkar çıxarmağa başlayıb. Amerikada irqçilik qadağan olunub və Tramp bu dəyərlərə böyük ziyan vurur. Təkcə İslam yox, digər etnik qruplar, hətta qadınlara qərəzli mövqedə olan Donald prezidentliyə namizəd kimi İslam haqqında çox az şey bilir. Həmçinin amerikalı müsəlmanların bu ölkəyə nə qədər fayda verdiyini də anlamır”.

USCMO sədri Üsama Camal isə deyib ki, ABŞ-ın ən çox birləşməli olduğu vaxtda Tramp kimi adamlara görə ölkə bir az da bölünür: “Donald aydın şəkildə bəyan etməlidir ki, səsləndirdiyi fikirlərdə İslamı yox, insanları öldürən radikal müsəlmanları nəzərdə tutub”.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook