Mağazalarda siqaret tapılmır, qiymətlər artıb

14 mart 2016
Mağazalarda siqaret tapılmır, qiymətlər artıb Kartla satışla bağlı qayda yenidən problemlərə səbəb oldu

Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışının qadağan edilməsi ilə bağlı qaydanın yenidən tətbiqinə başlanılması siqaret qıtlığına səbəb olub.

Alkaqollu içki və tütün məmulatlarının kartla satışı ilə bağlı qayda bu il yanvarın 1-dən qüvvəyə minsə də, yanvarın 12-dən qaydanın tətbiqi müvəqqəti dayandırılmışdı. Həmin vaxt açıqlanmışdı ki, ölkə başçısına bununla bağlı çox sayda müraciətlər olduğuna görə, prezident İlham Əliyev qadağanın tətbiqinin müvəqqəti dayandırılması ilə bağlı tapşırıq verib.

Ötən həftənin sonundan başlayaraq qaydanın yenidən tətbiqi istehlakçıya aid edilməsə də, alıcılar mağazalarda siqaret tapa bilmirlər. Bizimyol.info saytının əməkdaşı bir neçə mağazada olub. Mağazaların əksəriyyətində ümumiyyətlə siqaret satılmadığı bildirilib. Bəzilərində isə bir-iki çeşid, əsasən də daha az tələbat olan siqaretlər satışda qalıb. Satıcılar bildirirlər ki, bu çeşidlər də əvvəldən götürdükləridir. Onlar qeyd edirlər ki, hələlik yeni mal götürmək sərf etmir. “Topdan satışda siqaretləri ancaq kart vasitəsilə verirlər. Bu isə bizə sərf etmir. Çünki kartla alan zaman 4 faiz əlavə məbləğ çıxılır. 4 faiz də dövriyyəyə uyğun olaraq satışdan sadələşdirilmiş vergiyə görə ödəyirik. Beləliklə, siqaretə görə 8 faiz ödəməliyik. Siqaretdən qalan xeyir isə elə təxminən 8 faizdir. Elə isə nəyə görə satmalıyıq, onların xeyrinə işləməliyik?” – deyə Yasamal ərazisindəki mağazanın satıcısı bildirir.

Satıcı deyir ki, siqaret satışı üçün lisenziyaların ləğv edilməsi onları sevindirsə də, kart tətbiqi bu sahədə müəyyən problemlər yaradır. Qeyd edək ki, qaydanın tətbiqindən sonra siqaret satılan mağazalarda qiymət artımı da müşahidə olunur. Müxtəlif növ siqaretlərin qiymətlərində 10 qəpik civarında artım qeydə alınıb. Satıcılar bunun da pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa ilə əlaqələndiriblər.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook