Sosial yardım tələb edən Astara sakini özünü yandırdı

17 mart 2016
Sosial yardım tələb edən Astara sakini özünü yandırdıMartın 16-da saat 18 00 radələrində Astara rayon sakni Natiq İmanəddin oğlu Xurşudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin yerli şöbəsinin qarşısında özünü yandırıb.

O özünü yandırmasını ünvanlı sosial yardım ala bilməməsi ilə izah edib.

Natiq Xurşudov idarəyə baş çəkib, ona sosial yardımın verilməməsinin səbəbini öyrənmək istəyib.

Adının çəkilməsini istəməyən rayon sakinlərinin deməsinə görə, o, idarədən bikef çıxaraq benzin içib.

Sonra benzini üstünə səpib və özünü yandırıb.

Yaxınlıqdakı adamlar alovu söndürə biliblər. Çağırışa gələn təcili yardım maşını onu rayon mərkəzi xəstəxanasına aparıb.

Ancaq xəstəxanadan Natiq Xurşudovun səhhəti ilə bağlı məlumat verilməyib.

Olaya, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin də münasibətini öyrənmək mümkün olmayıb.

Olayı ətrafdakı adamlar mobil telefona çəkiblər. (AzadlıqRadiosu)
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook