Ərdoğanın “qisas əməliyyatı” Bakıya da keçə bilər

16 dekabr 2014
Ərdoğanın “qisas əməliyyatı” Bakıya da keçə bilər Türkiyədəki həbslər dalğası Azərbaycana doğru gəlir; Azərbaycan hakimiyyəti bundan əvvəl “Bakıda heç bir həbs aparıla bilməz” deyə, buna imkan verməyib; ancaq bu dəfə Türkiyə prezidentinin israrı qarşısında hansısa manevrlər etmək daha çətin olacaq; Bakı bu işə qarışsa, Azərbaycanda “iqtisadi zəlzələ” baş verə bilər...

Dekabrın 15-də İstanbulda və Türkiyənin bəzi bölgələrində başladılan həbslər həm qardaş ölkədə, həm də dünyada ciddi reaksiya doğurub. Müxalifətin “Ərdoğanın qisası” kimi dəyərləndirdiyi həbslər “Gülər camaatı”nın son qalalarından başlayıb.

Belə ki, həbs olunanlar arasında “Samanyolu” yayım qrupunun rəhbəri Hidayət Karaca və “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da var. Məlumata görə, “Gülən camaatı” ilə bağlı başladılan istintaqda 37 nəfərin adı yer alır. “Milliyet” qəzetinin hökumətdəki mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, adı listədə olan 32 nəfərdən biri də Fətullah Güləndir. Amma Türkiyə hökuməti F.Gülən haqda həbs qərarı çıxara bilməyib. Səbəb onun ABŞ-da yaşamasıdır.

Qəzetin yazdığına görə, əməliyyatı icra edən İstanbul Prokurorluğu, Gülən haqqında hazırlanan sənədləri qırmızı bülleten çıxarılması üçün Ədalət Nazirliyinə göndərəcək. Ədalət Nazirliyi məsələni araşdırdıqdan sonra Fətullah Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyi, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyi deyilir. Bu fakt onu göstərir ki, hələ baş nazirlik dövründə “Hizmət” hərəkatını xeyli zəiflədilən Rəcəb Tayyib Ərdoğan prezident kürsüsündə oturduqdan sonra “Gülən camaatı” ilə son döyüşə qərar verib. Bu həm də o anlama gəlir ki, Ərdoğanın hədəfi “Hizmət” hərəkatının təkcə Türkiyədə deyil, bütün türkdilli ölkələrdə hələ də fəaliyyətdə olan şəbəkəsinin tam çökdürülməsidir və bu sırada Azərbaycan da var.

Bu il Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkilərindən dərhal sonra, daha dəqiqi, aprelin 4-də Bakıya gələn o zamankı baş nazir Ərdoğanın “Hizmət” hərəkatı tərəfdarlarının Azərbaycanda şəbəkələşməsi barədə Türkiyə istihbaratının siyahısının və məxfi dosyenin şəxsən prezident İlham Əliyevə təqdim edildiyi barədə məlumatlar vardı. Bu siyahıda Azərbaycan hökumətində təmsil olunan “camaat”a bağlı şəxslərin adlarının olduğu bildirilirdi. Məhz Ərdoğanın Bakı səfərindən sonra Azərbaycanda “camaat”a məxsus liseylər bağlandı. Eyni zamanda bir neçə məmur işdən azad edildi. “Nurçu dərshanələri” adı altında fəaliyyət göstərən bütün hazırlıq kursları ya bağlandı, ya da başqa tabeçiliyə verildi. Müşahidələr göstərir ki, Azərbaycan hakimiyyəti Ərdoğanın israrına rəğmən bu “təmizləmə” prosesini mümkün qədər səs-küysüz aparmağa nail ola bilib, hətta bəzi hallarda rəsmi Ankaranın iradəsinə qarşı çıxaraq “Bakıda heç bir həbs aparıla bilməz” deyə, buna imkan verməyib.

'Paralel'de yeni dalga!

Bu, ölkə daxilində hətta qardaş Türkiyənin “kimisə həbsdən buraxın, kimisə həbs edin” tipli xahişlərinin Azərbaycan hakimiyyəti üçün keçərli olmadığını bir daha göstərdi. Hakimiyyət Ərdoğanın açıq-aşkar qisas əməliyyatına Bakıda gözlənilən (daha dəqiqi, istənilən) həbslərlə dəstək verməməklə həm “nurçu” təhlükəsinin olmadığına işarə vurdu, həm də bu cameənin mümkün incikliklərini də öz adına önlədi. Hətta öz gənc kadrlarını-Elnur Aslanov və Elşad İsgəndərovu “qurban verdi.”

Hökuməti nurçu məsələsində təmkinli mövqe tutmağa vadar edən daha bir mühüm səbəb də var. Türkiyə Sənayeçi və İş adamları Birliyi (TÜSİAB) mediada nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye və emal, telekommunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi sahələri əhatə edir.

'Paralel'de yeni dalga!

Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə türklərdir. Hökumət Ərdoğanın “qisas kampaniyasını” Bakıya daşısa, Azərbaycanda “iqtisadi zəlzələ” baş verə bilər...

Amma etiraf etmək lazımdır ki, indi situasiya daha da qəlizləşib və Ərdoğan cidd-cəhdlə “Hizmət” hərəkatının hətta bir adamını belə azadlıqda gəzməsinə qarşıdır.
Ekspertlərin fikrincə, “Hizmət” hərəkatının Bakıdakı “qolu” kifayət qədər zəiflədilsə də, Ərdoğan bununla kifayətlənməyəcək. Ola bilsin ki, Ərdoğan Bakıya “düşmənləri sırasında” olanlar haqda yeni məlumatlar versin, yeni adlar təqdim eləsin.

'Paralel'de yeni dalga!

O da mümkündür ki, hökumət də bu siyahıya uyğun olaraq öz araşdırmalarını aparsın. Ancaq bu dəfə Ərdoğanın israrı qarşısında hansısa manevrlər etmək rəsmi Bakı üçün daha çətin olacaq. AKP iqtidarı rəsmi Bakını hətta sərhədlərin açılacağı, Türkiyəyə qoyulan Azərbaycan sərmayesinə problemlər yaradacağı ilə də hədələyir.

Ərdoğanın, Avropa Birliyinin sərt qınağı ilə üzləşəcəyini bilə-bilə həbslərə qərar verməsi “Hizmet”çiləri bağışlamaq niyyətində olmadığını və Türkiyənin yaxın çevrəsində olan ölkələrdə də nurçu şəbəkənin tam çökdürmək üçün bütün riskli addımlara hazır olduğunu sübut edir.

'Paralel'de yeni dalga!

Məsələn, dekabrın əvvəlində nurçuluğun o qədər populyar olmadığı Rusiyada bu cərəyanının azərbaycanlı lideri Hacıbəy İsmayılov saxlanılıb. Azərbaycanlı “lider” ekstremist materialların yayılmasında ittiham olunub. Onun evində axtarışlar zamanı “nurçular” cərəyanının mənəvi lideri olan Səid Nursinin müəllifli olduğu minlərlə dini ədəbiyyat nüsxələri aşkar edilib. Məhkəmə gedişatında H.İsmayılov girov müqabilində azadlığa buraxılıb və sonda cərimələnib. Bu həbsin Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən dərhal sonra baş verməsi təsadüfi deyil. Məlumatlara görə, Ərdoğan hətta Afrikaya səfərlərində də “Hizmət” hərəkatının fəaliyyəti ilə ciddi maraqlanır, onların öz ifadəsi ilə desək “yuvalarını dağıtmaq” üçün xahişlər edir. Bu xahişlər “kardeşim” dediyi digər türkdilli respublikalara edilən hər səfərdə də dilə gətirilir. Azərbaycanda da siyasi məhbusların sayının artdığı bir zamanda “Gülən camaat”nın sonuna çıxmaq üçün başladılan həbslərin Bakıyadək uzanması hakimiyyət üçün çıxarlı deyil.

Gözləyək...
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook