Bu gecə Bakı vaxtı ilə bir çox ölkələrin vaxtı arasındakı fərq dəyişəcək

26 mart 2016
Bu gecə Bakı vaxtı ilə bir çox ölkələrin vaxtı arasındakı fərq dəyişəcəkNazirlər Kabinetinin Azərbaycan ərazisində yay vaxtına keçidin ləğv olunması barədə qərarından sonra martın 27-nə keçən gecə saat əqrəblərinin 1 saat irəli çəkilməsinə ehtiyac aradan götürülüb.

Buna baxmayaraq, bir çox ölkələrdə bu təcrübədən hələ də istifadə olunmaqdadır və bu hal Bakı vaxtı ilə bir sıra ölkələrin vaxtı arasında fərqin dəyişməsinə səbəb olacaq.

Məsələn, sabahdan Türkiyə vaxtı ilə Bakı vaxtı arasında fərq həmişəkindən fərqli olaraq, 2 saat deyil, 1 saat təşkil edəcək. Sözsüz ki, bu, gecədən xeyli keçmişə kimi türk seriallarını izləməyə alışmış televiziya tamaşaçıları üçün xoş sürprizdir.

Rusiyada yay vaxtına keçid artıq bir neçə il bundan əvvəl ləğv edildiyi üçün, Moskva vaxtı ilə fərq dəyişməyəcək.

Orta Avropa vaxtı ilə Bakı vaxtı arasındakı fərq isə 3 saatdan 2 saata enəcək.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook