Qorxmaz Hüseynovun qohumu haqda şok fakt: Türkiyədə yan-yana villalar – VİDEO

28 mart 2016
Qorxmaz Hüseynovun qohumu haqda şok fakt: Türkiyədə yan-yana villalar – VİDEO“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu, ASC-nin elan etdiyi tenderlərin qənimi “Hidro İnşaat Servis” MMC rəhbəri Yavər Miriyev barəsində bir sıra faktlar açıqlanıb. Belə ki, BTV-ə daxil olan məlumata görə, dövlətin su və kanalizasiya layihələrinə ayırdığı yüz milyonlarla manat vəsaitlərin xərclənməsində mənimsənilən pullarla böyük sərvət sahibi olan Yavər, Şakir və Rəşid Miriyevlər əllərindəki vəsaitləri xaricə çıxarmağa başlayıb.
Bu vəsaitlərin çoxusu Türkiyəyə gedir. Məhz buna görə də Miriyevlər qardaşlarının Türkiyədə 3 yan-yana villası var. Məlumatda deyilir ki, Miriyev qardaşları İstanbulda villa almaq üçün ümumi 750 min dollar xərc çəkib. Ən bahalı villa isə 350 min dollara Yavər Miriyevin payına düşüb.
BTV-yə verilən digər məlumatda isə bildirilir ki, Miriyevlər qardaşlarının təkcə Türkiyədə yox eyni zamanda Bakı şəhər “Vişnyovka”da da böyük bir sahəni əhatə edən üç villası var. Həmin vilaların qiyməti milyon dollarla ölçülür.
Bundan başqa, Yavərə Miriyevə məxsus “Albalıq” bağlarında şah sarayına oxşayan villa 10 milyon manat dəyərində qiymətləndirilir. Deyilənə görə, Yavər Miriyev təkcə villasının pilləkəninə 150 min dollar xərc çəkib.
Qeyd edək ki, “Azərsu” ASC-nin podratçı şirkətlərindən sayılan “Hidro İnşaat Servis” MMC Qormaz Hüseynovun “ailə şirkəti” adlandırılıb. Çünki qurumun elan etdiyi bütün tenderləri məhz sözügedən MMC udub və bununla bağlı mediada da xeyli məlumat yayılıb.
Məsələ ilə bağlı adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı!
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook