“NAZ-Lifan” avtomobillərinin istehsalı niyə dayandı?

30 mart 2016
“NAZ-Lifan” avtomobillərinin istehsalı niyə dayandı? Ekspertlər bunu dolların bahalaşması və avtomobil bazarındakı durğunluqla əlaqələndirir

Bu il başlayandan Azərbaycanın yeganə istehsalı olan “NAZ-Lifan” avtomobillərinin istehsalı dayandırılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, il başlanandan bəri Naxçıvan Avtomobil Zavodunun (NAZ) konveyerindən bir ədəd də məhsul çıxmayıb.

Xatırladaq ki, ilin əvvəlində dövlət başçısı İlham Əliyev Naxçıvan avtomobillərinə diqqət çəkərək, dövlət qurumlarını, hökumət rəsmilərini “NAZ-Lifan” almağa çağırmışdı. Hətta cəmiyyətdə belə bir gözlənti var idi ki, bu çıxışın ardından “NAZ-Lifan”a tələbat artacaq, bununla əlaqədar zavodun istehsalı və gəlirləri də artacaq. Lakin DSK-nın son məlumatı bu prosesin heç də gözlənildiyi kimi olmadığını aşkara çıxarıb.

Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muxtar respublikada 725 ədəd minik avtomobili yığılıb. Əvvəlki illə müqayisədə istehsal 1136 ədəd azalıb.
Ümumiyyətlə isə istehsala başlanandan bəri burada 4600-dək avtomobil buraxılıb. Zavodun əsas alıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Zavodun istehsalı dayandırmasının ehtimal olunan səbəblərini sadalayan iqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, buna səbəb devalvasiyaya görə Çindən gətirilən avtomobil hissələrinin bahalaşmasıdır: “Dövlət Statistika Komitəsinin Naxçıvan bölməsindən məlumat yayılıb ki, bu ilin ilk iki ayında ”NAZ-Lifan" avtomobillər zavodunda avtomobil yığılması dayandırılıb. Bir dənə də maşın istehsal olunmur. Biz əvvəllər də demişdik ki, bu prosesi avtomobil istehsalı adlandırmaq doğru olmazdı. Orada, sadəcə, Çindən gələn maşın hissələri bir-birinə birləşdirilirdi. Bu, istehsaldan daha çox yığma prosesini xatırladır. İkinci devalvasiyadan sonra Çindən gətirilən ehtiyat hissələrinin dəyəri də adekvat olaraq iki dəfə artdı. Çünki detallar xaricdən valyuta ilə alınıb ölkəyə gətirilirdi. Çox güman ki, qiymətlərdə ciddi fərq yaranması ehtimalı da var idi. Ona görə də “NAZ-Lifan” zavodundan rəsmi açıqlama da olmuşdu ki, qiymətlərin 30-35 faiz qalxması ehtimalı var. Görünür, indiki bazar şəraitində Çindən gətirilmiş detalların qiymətinin artması səbəbindən Naxçıvandan yığılmış avtomobillərin maya dəyəri xeyli dərəcədə yüksəlib və maya dəyəri də artıb".

Ekspertin sözlərinə görə, “NAZ-Lifan” avtomobillərinin bazar qiymətinin artması rəqabətə davam gətirmək məsələsini ortaya çıxarır: “Çünki indi Azərbaycanda fəaliyyət göstərən diller şəbəkələri qiymətləri sabit saxlamaqla və ya cüzi artım etməklə bazara təklif edirlər. Onsuz da avtomobil bazarında ciddi durğunluq müşahidə edilir. Hətta xaricdən gətirilən ikinci əl avtomobillərin həcmi bu ilin iki ayında 28 dəfə aşağı düşüb. Ona görə də bazarda ümumiyyətlə durğunluq var. Çox güman ki, bu durumu nəzərə alaraq, Naxçıvan Avtomobil Zavodunda avtomobillərin Çindən gətirilmiş detallardan yığılması sərf eləmir. Bu günə qədər Naxçıvan avtomobil zavodunun əsas sifarişçisi dövlət idi. Dövlət Sosial Müdafiə Fondu bu günə qədər buraxılan avtomobillərin təqribən 70-80 faizini alırdı. Çox güman ki, DSMF-də də bu il bu tipli məsələlərə vəsaitin ayrılması haqqında qərar yoxdur. Ona görə də dövlət sifarişinə bağlı olan zavodun fəaliyyətinin indi dayandırılması çox təbii addımdır. Çünki bu zavod bazarda rəqabətə davam gətirəcək məhsul istehsal etmirdi”.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook