Bakcell müştərilərini necə aldadır? - ŞOK FAKTLAR

02 aprel 2016
Bakcell müştərilərini necə aldadır? - ŞOK FAKTLARAzərbaycanda fəaliyyət göstərən mobil operatorların müştərilərə kələk gəlməsi barədə çox yazılıb. Lakin təəssüf ki, vətəndaşların şikayətləri aradan qaldırılmaqdansa daha çox saytlardan yazı sildirməyə çalışan və çox vaxt da buna nail olan mobil operatorlar nəticədə daha çox insanın haqqını tapdalamış olurlar. Məsələn Bakcell şirkəti barədə çox yazılıb. Buna baxmayaraq bu şirkət müştərinin razılığı olmadan onu reklam kampaniyalarına qoşur və balansdan pul çıxır. Bu barədə sosial şəbəkədə Amil Xəlilov adlı sosial şəbəkə istifadəçisi qeyd edib. Həmin qeydi dərc edirik:

“Bakcell-in fırıldaqçı partniyorları xəbəriniz olmadan sizin nömrənizin məbləğinizi (konturunuzu) ələ keçirir. İndi hər şeyi izah edəcəm. Əvvəla onu qeyd edim ki, mən bir neçə günə ya Azercell ya da Nar abunəliyini qəbul edəcəm. (nömrə dəyişməyəcək olduğu kimi qalacaq sadəcə şəbəkəni dəyişəcəm).
Dostlar əgər siz mobil telefonunuzla hər hansı bir sayta daxil olub xəbər oxuyanda sizə ekranda reklam xarakterli yazı gəlir. Siz o yazını silsəniz belə avtomatik həmin xidmətə qoşulursunuz. 50 dəfə stop yazsanız belə dəxli yoxdu. yənə sizi qoşacaqlar. Özüdə işlərin əvvəlcədən bilirlər. Dünən mən Bakcellin müştəri xidməti ilə danışdım. Qeyd edim ki, çox kobutcasına insanla danışırlar. Sual verirsən kobud cavab verirlər. Mənə 5 pravayder nömrəsi verdi. Həmin pravayderlər Bakcell-ə işləyir. Hər birinə zəng edib xidməti dayandırdım. deyirəm ay xanım axı mən heç bir mesaj göndərməmişəm. Cavab qısa olur- “sayta daxil olmusuz . Və avtomatik qoşulub”
Əvvəla Bakcell operatorlarına və onun pravayderlərinə danışıq mədəniyyəti öyrətməyi Bakcell MMC-dən xahiş edərdim. Dostlar əgər sizə də hər hansı bir reklam və xəbər mesajı gəlirsə bilin ki, 59 qəpk sizin nömrənizdən çıxılacaq. lap nömrənizin balansında pul olmasa belə nə zaman məbləğ artırsanız həmin an 59 qəpk sizdən tutulacaq. Cin Kredit xidmətinin sayını artırıb. Guya yaxşılıq edib. 4 dəfə kredit verir. Əslində avropa operatorları abunəçiyə reklam mesajı göndərirsə onun balansına pulda göndərir. Azercelldə də, belə bir xidmət var idi. Hər mesaja 2 qəpk əlavə olunurdu. (indi bilmirəm var ya yox)
Bütün Bakcell abunəçiləri. Aşağıda qeyd etdiyim kimi pulsuz mesajları müafiq nömrələrə göndərin. Əgər “xidmət dayandırldı” mesajı alsanız bilin ki, bakcellin bu özünə bənzər xidmətinə sizdə bilmədən qoşulmusunuz…
5595 böyük həriflərlə STOP yazıb göndərin
6555 böyük həriflərlə STOP yazıb göndərin.
9621 böyük həriflərlə STOP yazıb göndərin
9095 böyük həriflərlə STOP yazıb göndərin

Bakcell əməlli başlı müştərilərin cibinə girir. Cin tarifləri belə sərf etmir. Nar mobildə hər yerə 4 qəpk (Azercell nömrələrində də var) olduğu halda Cin obunəçiləri 9-12 qəpk arası danışır.
BAKCELL YA BU ANORMAL PRAVAYDERLƏRDƏN İMTİNA ETMƏLİ YADA ABUNƏÇİLƏRİNİ İTİRMƏLİDİR. ÇOX TƏƏSSÜF Kİ, NÖMRƏ DAŞINMA XİDMƏTİ HEÇ BİR OPERATOR TƏRƏFİNDƏN REKLAM EDİLMİR. EDİLSƏ MƏNCƏ BAKCELL ÇOX UDUZACAQ. HƏM DƏ TƏKLİF EDİRƏM Kİ, NÖMRƏ DAŞIMA XİDMƏTİNİ TƏBLİĞ ETSİNLƏR VƏ KOMPANİYALAR KEÇİRSİNLƏR.
Bu arada sizdə hər hansı bir operatordan imtina etmək istəsəniz edə bilərsiniz . Nömrəniz olduğu kimi qalır. (operator kodu belə dəyişmir. 055 olsa da belə ya Azercell ya Nar abunəçisi ola bilərsiz) . – bu yazıdan dostlarınızıda xəbərdar edin..”
Xəbəriniz olsun

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

Facebook