Gültəkin Hacıbəylinin anası məhkəmədə dava saldı

16 dekabr 2014
Gültəkin Hacıbəylinin anası məhkəmədə dava saldıBu gün Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə məhkəmə prosesinin növbəti iclası olub.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə Gültəkin Hacıbəylinin anası Fatimə Qarayeva şahid qismində ifadə verib. Bundan sonra o, keçmiş kürəkəni Mahmud Mehdiyevin suallarını cavablandırıb.

Mahmud Mehdiyevin sualından qəzəblənən Fatimə Qarayeva keçmiş kürəkənini təhqir edib və bununla da tərəflər arasında qalmaqal yaranıb.

Hakim Sərdar Mehrəliyev isə Fatimə Qarayevanı iclas zalından çıxarıb. Zaldan çıxarılan F.Qarayevanın vəziyyəti pisləşib, ona ilkin tibbi yardım göstərilib.

Məhkəmə dekabrın 17-də davam edəcək.

Qeyd edək ki, Mahmud Mehdiyev və bacısı Aynur Mehdiyeva məhkəməyə müraciət edərək G.Hacıbəylinin xüsusi ittiham qaydasında - CM-in 147-ci maddəsinə (bu maddə şəxsin şərəf və ləyaqətini KİV-də ləkələyən yalan məlumatların yayılmasına görə cəza verilməsini nəzərdə tutur) əsasən cəzalandırılmasını istəyiblər.
Xəbəriniz olsun

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

20.07.2018 - “Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”

20.07.2018 - Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

Facebook