Direktor məktəbin bufetində “kvartirant” saxlayır - BAKIDA

16 dekabr 2014
Direktor məktəbin bufetində “kvartirant” saxlayır - BAKIDABakı şəhəri, Nizami rayonunda yerləşən 10 saylı orta məktəbdə qeyri-adi hadisə baş verib. Belə ki, məktəbin bufeti kirayəyə verilib.

Bu barədə virtualaz.org saytına övladları həmin məktəbdə təhsil alan valideynlər məlumat veriblər.

Şikayətçilərin verdiyi xəbərdə deyilir ki, direktorun təsərrüfat işləri üzrə müavini direktora ayda 50 manat ödəməklə ailəsi ilə birgə bufetdə qalır: “Ailə gecələr məktəbin bufetində gecələyirdi. Bununla bağlı Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə şikayət daxil olub. Məktəbdə baş verənlərlə bağlı şikayətlərdən sonra yoxlama gəlib”.

Valideynlər bildirir ki, yoxlama gələndən dərhal sonra bufet boşaldılıb: “Direktorun göstərişi ilə bufet boşaldıldı. Amma ailənin yorğan-döşəyi, pal-paltarı, digər əşyaları hələ də məktəbdədir”.

Şikayətçilər deyir ki, valideynlərin dərdi bununla da bitmir: “Məktəbin rus dili bölməsində ibtidai siniflərdə informatikanı rus dilini bilməyən müəllimə tədris edir. Uşaqların rus dilində verdiyi sualı müəllimə cavablandıra bilmir. İndiyədək informatika fənnini tədris edən müəllimə isə əvvəllər laborant kimi çalışıb”.

Valideynlər direktor Leyla Məmmədovaya ünvanlanan şikayətlərə baxılmadığını, əksinə, təhqir olunduqlarını əsas gətirirlər: “Şikayətlər anonim edilir, çünki şikayət edənlərin uşaqlarına qarşı sərt münasibət göstərilir. Direktor bəzi vaılideynlərlə əlaqə saxlayaraq narazı olduğu müəllimləri onların əli ilə “vurur”. Yəni valideynlər arasında parçalanma yaradaraq narazılıq edənlərə təzyiq göstərilir”.

Virtualaz.org saytı məsələ ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib. Həmin qurumlardan bildirildi ki, bu məsələ araşdırılacaq.

10 saylı məktəbdən isə virtualaz.org saytının sorğusuna cavab olaraq bildirdilər ki, məsələyə yalnız direktor Leyla Məmmədova münasibət bildirə bilər, direktor isə iclasdadır.

Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

Qeyd edək ki, bu məktəblə bağlı mətbuatda bir neçə dəfə məlumat verilib. Belə ki, məktəbin şagirdləri olmuş şəhidlər Elxan Əsədovun və Vaqif Əlixanovun adının əbədiləşdirilməsi üçün məktəbdə hazırlanan guşənin ləğv edilməsi və onun əvəzində rəsm dərnəyi üçün reklamlar vurulması faktı mətbuatda işıqlandırılandan dərhal sonra şəhidlər güşəsi dərhal bərpa olunmuşdu.

Bundan əlavə, bu məktəbin həyətində bir şagird öz həmyaşıdını bıçaqla qətlə yetirmişdi.
Xəbəriniz olsun

22.01.2018 - Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı - REPORTAJ

22.01.2018 - İtkin düşən alpinistlərdən nə xəbər?

22.01.2018 - Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

Facebook