Türkiyədən şok məlumat - 7 PKK-çı erməni snayper çıxdı

10 aprel 2016
Türkiyədən şok məlumat - 7 PKK-çı erməni snayper çıxdıTürkiyənini cənub-şərqində PKK terror təşkilatına qrşı antiterror əməliyyatlarında zərərsizləşdirilən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlıları olduğu müəyyən edilib.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, terror üzrə ekspert, istefada olan hərbçi, Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşin deyib ki, ermənilərin ASALA terror təşkilatı ilə PKK terror təşkilatı arasında dərin bağ var.

M. H. Çaşin bildirib ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: “Əldə etdiyim məlumata görə, son 3 ay ərzində döyüşlərdə ölən PKK snayper atıcılarının 7-i Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu müəyyən edilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”.

Ekspert qeyd edib ki, PKK, PYD və ASALA-nın məqsədi hazırda dünyanın 17-ci Ən böyük iqtisadiyyatı olan Türkiyənin 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil olmasının qarşısını almaq, Türkiyənin böyüməsini əngəlləməkdir. M. H. Çaşin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı PKK/PYD/ASALA bağlantısına diqqət çəkdiyini xatırladıb: “Türkiyə-Ermənistan və PKK/PYD problemlərini bir arada dəyərləndirmək lazımdır”.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook