İlham Əliyev: "Azərbaycanda heç kim neftin ucuzlaşmasını hiss etməyəcək"

17 dekabr 2014
İlham Əliyev: "Azərbaycanda heç kim neftin ucuzlaşmasını hiss etməyəcək""Biz müstəqil siyasət aparırıq, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz"
"Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın güclü iqtisadi dayaqları, güclü ordusu var. Ordumuz bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, iqtisadi və siyasi vəziyyət sabitdir. Amma bizim ətrafımızda hər tərəf demək olar ki, qaynayır, alovlanır, qanlı toqquşmalar, müharibələr, böhranlar hökm sürür". Musavat.com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumundakı çıxışında bildirib.

İlham Əliyev xatırladıb ki, indi neftin qiyməti çox aşağı düşüb: "Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır".

"Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik", - dövlət başçısı əlavə edib.
Xəbəriniz olsun

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

10.11.2018 - Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

10.11.2018 - Norveç Bakıdakı səfirliyini bağlayır

09.11.2018 - Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub

09.11.2018 - "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı

08.11.2018 - “Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyə

Facebook