Balakəndə maşın at arabasını vurdu: yaralılar var

17 dekabr 2014
Balakəndə maşın at arabasını vurdu: yaralılar varBalakəndə maşının at arabasını vurması nəticəsində iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə dekabrın 16-sı axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. 1964-cü il təvəllüdlü, Oğuz rayon sakini Əfqan Məcid oğlu Səfərov idarə etdiyi “Hyundai” markalı, 90 GT 825 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan at arabasını vurub.

Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət almasa da, at arabasında olan iki nəfər Balakən rayonu Katex kənd sakinləri 1975-ci il təvəllüdlü, Qabil Sabir oğlu Mikanayev və 1968-ci il təvəllüdlü Sərvan Cumaəli oğlu Əbəçiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Balakən RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Qabil Mikanayevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Sərvan Əbəçiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Xəbəriniz olsun

22.09.2017 - Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

22.09.2017 - Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

22.09.2017 - Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - rəsmi

22.09.2017 - Mahmudovçu qaynı Abidin Fərzəliyevi necə ələ verib? - Şok dosye/Faktlar

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

Facebook