Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırır

17 aprel 2016
Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırırSabirabadın icra başçısı Nazim İsmayılov Göyçay şəhərində oğlu Anar İsmayılov üçün tikdiryi imarətin torpaq sənədlərini başqasının adına keçirir.

İcra başçısının oğlu üçün tikdirdiyi imarətin torpağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsini 70 min manata aldığı iddia olunur.

Bir neçə gün əvvəl Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay şəhərində oğluna dəbdəbəli villa tikdirməsi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, icra başçısı Göyçay şəhər Gənclər Mərkəzinin arxasında aldığı torpaq sahəsində oğlu Anar İsmayılova imarət ucaldır. (Bu linkdə .cohttp://www.azfaktm/news.php?id=20629) AzFakt.com Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğluna villa tikdirməsi xəbərindən bir müddət sonra icra başçısının oğlu Anar İsmayılov saytımızla əlaqə yaradaraq həmin ərazinin onlara məxsus olmadığını və qeyd olunan ərazidə villa tikdirmədiklərini iddia edib. Anar İsmayılov saytımıza bildirdi ki, "saytınıza informasiya verən mənbə mənimlə bağlı yanlış məlumat verib nə o ərazi nədə onun ətrafında bizə aid heç bir topraq sahəsi yoxdur".İcra başçısının bu açıqlamasından sonra yenidən Göyçay şəhərindəki mənbələrimzlə əlaqə yaratdıq.

AzFakt.com Göyçaydakı etibarlı mənbəyə istinadən xəbər verir ki, Nazim İsmayılov və oğlu Anar İsmayılov imarət tikdirmələri barədə yayılan xəbərlərdan çox ciddi şəkildə narahat olublar. Məhz buna görədə icra başçısı oğlunu məcbur edib ki, açıqlama versin. Amma Nazim İsamyılov bununla kifayətlənməyərək Göyçay şəhərində Gənclər Mərkəzinin arxasındakı ərazini oğlu Anar İsmayılovun adından çıxarıb başqa bir şəxsin adına sənədləşdirməyə qərara verib.

Mənbəmiz qeyd edir ki, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub. Daha sonra isə baha qiymətə Nazim İsayılovun oğluna və dgigər bir şəxsə satıb.

Məlumatlı şəxs iddia edir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb. Qeyd edək ki, Göyçay şəhərində ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur.

Aldığımız məlumata görə, artıq Naizm İsmayılov oğlu üçün tikdirdiyi imarətin topraq sahəsinin başqa bir şəxsin adına keçirilməsi prosesini başa çatmaqdadır və mənbə bildirir ki, həmin şəxsin kimliyini yaxın günlərdə dəqiqdəşdirib saytımıza məlumat verəcək. Çox güman ki, icra başçısı yaxud oğlu torpağın onlara aid olmaması ilə bağlı sənədləri yaymaqla məsələdən qurtulmağa çalışacaqlar. Ancaq Göyçay şəhərində hər kəs yaxşı bilir ki, Anar İsmayılov özünün "Lexsus" aftomobili ilə gündə 3 dəfə tikilən imarətə baş çəkir. Bunu icra başçısının oğlu bunu boynuna almasa da, Göyçaydakı mənbələrimiz təsdiq edir.

Bildirək ki, Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar Mehmanxana"sı, "Çinar" şadlqı evi və ətrafındakı bir neçə obyektdir. Mənbəmiz iddia edir ki, Nazim İsmayılov və oğlu bu obyektlərin bu obyektlərin onlara məxsus olmadığını iddia edirlərsə, bu "başını kola soxan" dəvə məsələsinə oxşayar.

Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan "Çinar" otelin müasir srandartlara cavab verən bir obyektdir. Yaxın günlərdə icra başçısının oğlu Anar İsmayılovun işlətdiyi bu obyekətlərdən geniş reportaj hazırlayacağıq. Bizi izləməkdə davam edin.

Nazim İsmayılovun oğluna məxsus "Çinar"mehmanxanası
Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırır
Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırır
Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırır
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook