"Nurçu"lar məhkəmə zalından azadlığa buraxıldı

20 aprel 2016
"Nurçu"lar məhkəmə zalından azadlığa buraxıldı Onların cəzaları sınaq müddətli şərti işlə əvəzlənib

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda saxlanılan "nurçu"ların apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Rəvan Səbzəliyevin cəzası başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb. Zəkəriyyə Məmmədov və Şahin Həsənov barəsində 2 il yarım sınaq müddəti olmaqla azadlığa buraxılıb. Digər iki şəxs - Eldəniz Hacıyev və İsmayıl Məmmədovun cəzası 5 ildən 3 ilə endirilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən nurçu təriqətinə mənsub olan 41 nəfər saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçuluğu təbliğ edən audio və video materiallar müsadirə olunub.

Yasamal rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib.

Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayətləri veriblər. Təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesin ilkin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Məhkəmə nurçuların kassasiya şikayətini təmin etməyərək, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Xəbəriniz olsun

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

Facebook