İradə Gülməmmədovanın təndir manapoliyası: İlginc iddia

20 aprel 2016
İradə Gülməmmədovanın təndir manapoliyası: İlginc iddiaAbşeron rayonundakı bütün təndirxanalar xanım icra başçısının imiş

Abşeron rayonu ərazisində fəaliyyət göstərən bütün təndirxanaların hamısı icra başçısı İradə Gülməmmədovaya məxsus imiş. Və ya onun himayəsi altında fəaliyyət göstərirmiş. Bu barədə İcra Hakimiyyətindəki mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, xanım Gülməmmədova hələ müavin olduğu dövrlərdən bu biznesə girişibmiş. Abşeronun icra başçısı olduqdan sonra isə işləri daha da böyüdərək, bütün təndir çörəyi istehsal edən yerləri ələ keçirməyə başlayıb.

Qanunla təndirxanalarda çörək bişirilməsi zamanı odun və ya taxta qırıqlarından istifadə olunması qadağan edilib. Müvafiq dövlət qurumlarının rəyinə əsasən istifadə olunmuş taxta, mebel və digər yanacaq kimi istifadə olunan vasitələrin təndirdə yanacaq kimi istifadə olunması bişirilən çörəyin keyfiyyətinə təsir etməklə yanaşı, həm də insan orqanizmi üçün təhlükə yaradır. Ona görə ki, yanarkən ayrılan maddələr çörəyin üzərinə opur və bu da orqanizmə daxil olduqdan sonra fəsadlar yaratmağa başlayır.

Lakin İradə Gülməmmədova bütün qanunları bir kənara qoyub, öz bildiyi kimi davranmağa başlayıb. Məlumata görə, icra başçısının nəzarətində olan təndirxanalarda söküntülərdən çıxarılmış ağac və taxtalardan, habelə köhnə mebellərdən yanacaq kimi istifadə olunur.

Bu əsnada, Abşeron rayonunda evlərin tikintisi ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb. Daha doğrusu, icra başçısı yığım prosesini fərqli qiymətlərlə reallaşdırmaqdadır. Həyətyanı torpaq sahəsində özünə mənzil inşa etmək istəyən vətəndaş bunun üçün ilk olaraq Abşeron rayon İcra Hakimiyyəti binasının qarşısında ağac kimi bitməlidir. İcra Hakimiyyətindəkilərdə insaf olduğu təqdirdə onu Tikinti və Memarlıq şöbəsinə yönləndirəcəklər. Orada isə «qiymət oxuma» kampaniyası həyata keçiriləcək. Qiymət müəyyən olunduqdan sonra vətəndaş həmin pulu gətirib orada anlaşdığı adama verməlidir.

Qeyd edək ki, əgər keçmiş icra başçısı Zakir Fərəcovun vaxtında Abşeron rayonunda mənzil tikməyin icazəsi hər kvadrat uçün 8-10 manata başa gəlirdisə, İradə Gülməmmədova qiymətləri 20 manata qaldırıb. Xırdalanda isə bu rəqəm 50 manat nəzərdə tutulub. Yəni, vətəndaş 100 kv.m-lik ev tikirsə, bunun üçün hörmət əlaməti olaraq 2000 manat (Xırdalan şəhəri üçün 5000 manat), standart olaraq 2500 manat verməlidir. Üstəlik, həyatyanı torpaq üzərində hər hansı bir iş görəcəksə, onun da pulunu verməlidir.

Bununla bağlı geniş araşdırmamız olacaq və yaxın günlərdə detallı şəkildə oxucuların diqqətinə çatdıracağıq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

P.S. İradə Gülməmmədova hər həftənin müəyyən günləri telefonlarını 5 saatlığına söndürüb, kiminlə və harada görüşür? Həmin görüşdə hansı məsələlərdən bəhs olunur? Bu barədə isə növbəti yazımızda. (jam.az)
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook