"Halal" maldan donuz əti çıxdı -Foto

18 dekabr 2014
"Halal" maldan donuz əti çıxdı -Foto“Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının laboratoriyada sınaqları aparılıb.

Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST ) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində “halal” sözü yazılmış “Kristal CF” əmtəə nişanlı yarım hisə verilmiş “Baranina” kolbasasının tərkibində AZS 731-2012 “Halal qida” standartına zidd olaraq donuz əti və piyi aşkar edilib. Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

İstehlakçılar arasında “halal” nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıları onlarda şübhə yaradan, müvafiq sənədləri olmayan məhsulları almamağa, bu cür hallarla qarşılaşdıqda Komitəyə müraciət etməyə çağırır.
Xəbəriniz olsun

21.08.2018 - Kriminal avtoritetlər Lənkərana gəldi – Polis xəbərdardırmı?

21.08.2018 - Manaf Mətanətin videosunu yayan adamı "razborka"ya çağırıb diz çökdürdü

21.08.2018 - Azərbaycanda it dişlədi, iş dalınca getdiyi Türkiyədə öldü: 2 uşaq atasının dramı...

20.08.2018 - ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

20.08.2018 - “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

Facebook