Yevlax MERO-da sürücülük vəsiqəsi bazarı açıblar

21 aprel 2016
Yevlax MERO-da sürücülük vəsiqəsi bazarı açıblarRəis Elxan Əliyev B kateqoriyalı sənədi 1200 manata, BC kateqoriyalı sənədi isə 1500 manata satır

7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində rüşvətxorluq və qanunsuz əməllərlə bağlı şikayətlərin sayı artmağa başlayıb. JAM.AZ-a verilən məlumata görə, hazırda şöbədə "B" kateqoriyası üzrə sürücülük vəsiqəsi açıq-aşkar 900-1200 manata satılır. "BC" kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ isə 1200-1500 manat arasıdır.
"D" kateqoriyasını əldə etmək isə ötən il yayda ölkədə keçirilən Avropa Oyunları zamanı baş vermiş avtobus qəzasından sonra dayandırılsa da, "xüsusi səbəblər” olarsa almaq mümkündür.
JAM.AZ-a verilən məlumatda deyilir ki, bu idarədə "iki həyat” hökm sürür. Belə ki, idarədə şəffaflığın təmin olunması məqsədiylə dövlət tərəfindən quraşdırılan video- kameraların altında hər şey gözəldir. Nə bir manat rüşvət alınır, nə də vəsiqə satılır. Əgər bu kameraların müşahidə trayektoriyalarında hansısa "xam kliyent” "xoşagəlməz söhbət” etmək istəsə mühafizəçilər tərəfindən idarənin qarşısındakı bağa yönləndirilir. Və bu bağda "ikinci- əsl həyat” başlayır.
Qeyd edilir ki, bura sanki əsl "makler bağı”dır. Rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar. Burada makler- müəllimlərin tələblərinə "müsbət reaksiya” verən insanlar imtanahlardan "üzüağ” çıxırlar. Makler-müəllimlər tərəfindən alınan rüşvət idarənin rəis müavini, əslən Kəlbəcər rayonundan olan kapitanın əlində cəmləşir və sonda idarə rəisinə çatdırılır.
Bildirilir ki, idarə rəsisi Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsində qurduğu şəbəkədən yuxarı instansiyaların da xəbəri var. Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz onbun yüksək səviyyədə qohumluq əlaqələri və yerlilik münasibətinı görə, istəklərinə nail ola bilməyiblər.
Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.
Xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbəriniz olsun

13.11.2018 - Azərbaycana yadplanetlilərin gəmisi enib? - Foto

13.11.2018 - “Azərbaycanda əməkhaqları çox aşağıdır” - Komitə sədrindən gözlənilməz açıqlama

13.11.2018 - Ərdoğan: “Camal Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazıları dəhşətlidir”

13.11.2018 - Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi

13.11.2018 - Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

Facebook