Pakistana görə Azərbaycanda matəm elan olunacaqmı?

18 dekabr 2014
Pakistana görə Azərbaycanda matəm elan olunacaqmı?Nazirlər Kabinetinin rəsmisindən gözlənilməz cavab: “Sizə matəm lazımdır?”; Milli Məclisin mətbuat katibi: “Hamımız o hadisəni qətiyyətlə pisləyirik”

“Pakistan Türkiyə qədər Azərbaycanın da strateji müttəfiqidir, bizə görə Ermənistanla diplomatik münasibət qurmayıb, bu ölkəni işğalçı sayır”. Bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, Azərbaycanın Türkiyə nümunəsindən istifadə etməli olduğunu bildirib:

“Pakistanda ağır faciə baş verdi, Talibanın məktəbə hücumu nəticəsində 150 şagird və müəllim qətlə yetirildi. Pakistanda 3 günlük matəm elan edilib. Müttəfiqi Türkiyə də qardaşlarının ağır günündə Pakistanın yanındadır və 1 günlük matəm elan edib. Bəs Azərbaycan? Pakistan Türkiyə qədər Azərbaycanın da strateji müttəfiqidir, bizə görə Ermənistanla diplomatik münasibət qurmayıb, bu ölkəni işğalçı sayır. Türkiyə nümunəsindən istifadə etmək lazımdır”.

Xatırladaq ki, Pakistanda yaşanan məktəb faciəsinə görə Türkiyə birgünlük matəm elan edib. Pakistan isə bu il mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma rayonundakı kömür mədənində baş vermiş və 301 nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı rəsmən iki günlük matəm keçirmişdi.

Azərbaycanlı politoloqun bu məsələni haqlı olaraq qaldırdığını nəzərə alıb rəsmi qurumlardan ölkəmizdə Pakistan xalqına dəstək olaraq hansı addımın atılacağını öyrənmək istədik.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirdi ki, parlamentdə hər kəs dost ölkədə törədilən terror hadisəsini pisləyir: “Hamımız o hadisəni qətiyyətlə pisləyirik. Bu, xeyli sayda dinc insanın ölümünə səbəb olan bir hadisədir, təbii ki, lənətlənməlidir. Azərbaycan Pakistanla dost ölkədir və onun bütün dərdlərini bölüşür. Amma ölkədə matəm elan olunması barədə qərarın qəbulu məsələsi bizim səlahiyyətimizdə deyil”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə sualımızın cavabında gözləmədiyimiz reaksiya verdi: “Sizə matəm lazımdır?”

Biz sadəcə Azərbaycanın dövlət müstəqilliyini ikinci dövlət olaraq tanıyan Pakistanın dərdinə hansı şəkildə reaksiya veriləcəyi barədə suala cavab istədiyimizi xatırlatdıqda isə xidmət rəhbəri dedi ki, matəmin elan olunub-olunmayacağı barədə onda heç bir məlumat yoxdur: “Başsağlığı təbii ki, verilib, lazımi köməklik göstəriləcək”.

Xarici İşlər Nazirliyi isə Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda Azərbaycan Respublikasının dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pislədiyi bildirilir: “Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətlə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzimlidir”.

Qeyd edək ki, dekabrın 16-da “Təhriki-Taliban Pakistan” yaraqlıları Pişəvər şəhərindəki məktəbə hücum ediblər.

Son məlumatlara görə, 140 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100-ü uşaqdır. 120-dən çox şəxs yaralanıb. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.
Xəbəriniz olsun

20.02.2018 - İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20.02.2018 - Arzu Rəhimovun yeni müavinləri kimdir? - Biri icra başçısının qardaşı, digəri sabiq deputat oğludur

20.02.2018 - Ziya Məmmədovun evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 - Ziya Bünyadovun qatilindən sensasiyalı açıqlamalar: “İrandan gələn stilist 1 ay bizə qrimlənməyi öyrətdi”

20.02.2018 - Prezident borcların silinməsini təklif edib - Layihə Milli Məclisə göndərildi

20.02.2018 - “Özləri yanıb külə donsünlər!”

20.02.2018 - Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

20.02.2018 - Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

20.02.2018 - İranda xalq ayağa qalxdı – Ordu və yerli sakinlər arasında toqquşma

20.02.2018 - Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

19.02.2018 - Maliyyə Nazirliyində nə baş verir?

19.02.2018 - Ramil Usubova qarşı DYP-də müxalifət cəbhəsi: Zeynalovun post, Nuriyevin “cənnət otağı” biznesi

19.02.2018 - Ziya Məmmədovun evi yandı

19.02.2018 - Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi

19.02.2018 - Hakim doqquz futbolçunu meydandan qovdu, oyun dayandı

19.02.2018 - “Karqo Şamil”in obyektlərində əməliyyat - saxlananlar var

19.02.2018 - Ziya Bünyadovun qatili həbsxanada danışdı – sensasion açıqlamalar

19.02.2018 - Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub-FOTO

19.02.2018 - Anar İsa Qəmbərdən gileyləndi: "Niyə demir ki..."

Facebook