"Qızım bir dəfə də olsun ABŞ-da olmayıb" - İcra başçısından övladı haqda yayılan xəbərə reaksiya

25 aprel 2016
"Qızım bir dəfə də olsun ABŞ-da olmayıb" - İcra başçısından övladı haqda yayılan xəbərə reaksiya"Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib".

Savash/org Axar.az-a istinadən xəbər verir ki, bunu Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov qızı barədə yayılan məlumata münasibət bildirərkən deyib.

Başçının sözlərinə görə, mediada yayılan bu xəbərə görə Prezident Administrasiyasına da məlumat verib:

"Bu barədə Prezident Administrasiyasına da məlumat vermişəm. Qızımın heç xarici pasportu belə yoxdur. Gəncə Dövlət Universitetində oxuyub, ailə qurub, hazırda da Gəncə şəhərində yaşayır. Evdar qadındır, 3 uşaq anasıdır. Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib.

O xəbəri yayanlar hansı əsasla mənə və ailəmə qarşı böhtan atırlar?

Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürəm”.

Xatırladaq ki, Modern.az ABŞ-da yaşayan icra başçılarından birinin (adı qeyd olunmayıb) qızının ziyafət verməsi ilə bağlı məlumat yayıb. Xəbərə görə, təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara ABŞ-da dollar qonaqlığı verib. Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əsginazlar düzülüb.

Bəzi saytlar isə bu xanımın Kəlbəcər rayon icra başçısı Aqil Məmmədovun qızı olması barədə informasıya yayıb.
Xəbəriniz olsun

16.07.2019 - Səhiyyə Nazirliyinin tender müəmması: Nəyə görə bu şirkət?

16.07.2019 - "Sədərək" Ticrarət Mərkəzinin sahibi cərimələndi – Xəzəri hasarladığına görə

16.07.2019 - “O əsgər atəş açsaydı, pis nəticələri olardı” – Tofiq Zülfüqarov

16.07.2019 - İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - Sahil Babayev Səlim Müslümovun daha bir kadrını işdən çıxardı

16.07.2019 - Bakı metrosunda siqaret çəkən tapıldı və cərimələndi - FOTO

16.07.2019 - “10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi” - QALMAQAL

16.07.2019 - "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər" - "Qarabağ"ın yeni transferi

16.07.2019 - BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var"

16.07.2019 - Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

16.07.2019 - “Keşikçidağ” məbədindəki ikonalar Gürcüstana verildi

16.07.2019 - Keşikçi Dağa giriş qadağan edildi

16.07.2019 - Azərbaycanda xanım aparıcı evində ruh aşkarladı - VİDEO

Facebook