İcra başçısı şəhidin yas mərasimində qalmaqal yaradıb? - Prezidentə müraciət olunacaq

25 aprel 2016
İcra başçısı şəhidin yas mərasimində qalmaqal yaradıb? - Prezidentə müraciət olunacaq4 günlük müharibədə vətən torpağını düşməndən qəhrəmancasına qoruyan və işğal altındakı torpaqlarımızı geri alarkən şəhid olan əsgərlərimizin dəfni rayonlarda izdihamla, həmçinin yerli icra hakimiyyətlərinin iştirakı ilə keçirilib.

Qaynarinfo.az-a daxil olan məlumata görə, 10 aprel tarixində düşmənin təxribatının qarşısını alarkən şəhid olan Beyləqan rayon Bolsulu kənd sakini Cavadzadə Şahin Yaşar oğlunun yas mərasimində rayon icra başçısı Vaqif Abdullayevlə şəhidin yaxınları yas çadırında əməlli-başlı mübahisə ediblər.

İcra başçısının şəhid ailəsininin övlad acısını nəzərə almayaraq, onlarla həddindən artıq kinayəli danışığı şəhidin yas çadırında əyləşən ağsaqqal qohumlarından birinin etirazı ilə qarşılanıb.

Hadisə yerində olan şəxs deyib ki, Vaqif Abdullayev bütün həddləri aşaraq dövlətin və İcra Hakimiyyətinin onlara kömək etdiyini deyib. Bu isə yas sahibinin daha çox qəzəbinə səbəb olub. Yas evinə bir neçə yüz manatlıq bazarlıqla gələn Vaqif Abdullayevin "müharibədə kimsə ölməlidir" ifadəsini işlətməsi və "lazımı qayığının göstərildiyini" dilə gətirməsi mübahisəni daha da böyüdüb.

Şəhid ailəsi dövlətin onlara göstərdiyi qayğıdan və hörmətdən məmun olduğunu deyərək icra başçısına eyham vurub ki, özünü çox tərifləməsin, dövlətin ona aiddiyyatı yoxdur. Hadisə yerində olan şahid qeyd edib ki, Vaqif Abdullayev bu mübahisədən sonra şəhidin yasında qısa müddət oturaraq oranı tərk edib.

İcra başçısının bu hörmətsizliyi isə artıq rayon ictimaiyyəti arasında pis qarşılanıb və artıq bir neçə ziyalı təşkilatı Vaqif Abdullayevin dikbaşlığı, şəhid ailəsinə, ziyalılar hörmətsizliyi ilə bağlı imzatoplama kompaniyasına başlayıb. Onlar icra başçısından dövlət başçısı İlham Əliyevə şikayət edəcəklər.

Mənbə qeyd edir ki, Vaqif Abdullayev bu mübahisəni etdiyi zaman onun yanında Füzuli rayon icra başçısı Alı Alıyev və Xocavənd rayon icra başçısı Eyvaz Hüseynov da olub. Mübahisənin dava-dalaş həddinə çatmasının qarşısını isə Eyvaz Hüseynovla yası idarə edən şəxslər alıb.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook