Qarabağ separatçılarından son qərar - MÜHARİBƏ OLACAQ

29 aprel 2016
Qarabağ separatçılarından son qərar - MÜHARİBƏ OLACAQİnsanlar ərazilərin verilməsi ilə bağlı əsassız danışıqları dayandırmalıdırlar.

Savash.org axar.az-a istinadən bildirir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Qarabağ separatçılarının lideri Bako Saakyan söyləyib. Onun sözlərinə görə, ermənilər əvvəlki dövrlərə qayıtmaq niyyətində deyillər.

Saakyan həmçinin torpaqların Azərbaycana qaytarılmayacağını da bildirib. Separatçı lider Qarabağla Ermənistan arasında münasibətlərin pisləşməsi ilə bağlı faktlar axtarılmasının da dayandırılmasını tələb edib.

"Hələlik biz Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı cavab almamışıq. Əgər cavab yenə "yox" olarsa, o zaman aparılan müzakirələr faydasız olacaq. Biz tərəf olaraq danışıqlar prosesinə daxil olmaq istəyirik".

Saakyan 2015-ci ilin iyulundan bu ilin aprelinə qədər erməni tərəfinin itkilərini açıqlayıb. Onun sözlərinə görə, bu müddət ərzində erməni ordusunda 21 nəfər ölüb, 113 nəfər yaralanıb. Amma 2 apreldən bu yana olan itkilərə toxunmayıb.

Xatırladaq ki, Sərkisyan və Saakyan aprelin əvvəli ilə müqayisədə tamam fərqli ritorikaya keçiblər. Sərkisyan ötən gün partiya toplantısında Qarabağla bağlı sülh danışıqları üçün 3 şərt irəli sürüb: Dördgünlük müharibənin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı aqressiyaya və terrora getməyəcəyinə təminat.

Bunun ardınca Saakyanın da şərtlə danışması və cəbhədə erməni hərbçilərinin Azərbaycan mülki əhalisinə qarşı vəhşiliyi çox mətləblərdən xəbər verir.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook