Füzulidə pambıqçılığın və baramaçılığın inkişafına həsr olunan müşavirə keçirildi

29 aprel 2016
Füzulidə pambıqçılığın və baramaçılığın inkişafına həsr olunan müşavirə keçirildiAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada pambıqçılığın və baramaçılığın inkişafına dair tapşırıqları, bununla bağlı Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerlərdə icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar Horadiz şəhərində Heydər Əliyev Mərkəzində müşavirə keçirildi. Müşavirədə Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqraq məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev, Kənd təsərrüfatı nazirinin müavini SeyfəddinTalıbov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, “MKT İstehsalat Kommersiya” MMC sədri Bəhruz Camalov, rayonun aidiyyəti idarə və təşkilatları, fermerlər, torpaq istifadəçiləri iştirak etdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı sahəsində görülən tədbirlərdən danışdı. Bildirdi ki, ölkə başçısı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsidir.
Füzulidə pambıqçılığın və baramaçılığın inkişafına həsr olunan müşavirə keçirildiAzər Əmiraslanov qeyd edib ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Baramaçılıq da belə sahələrdəndir.
Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev rayonda pambıq əkininin gedişi, rayonda bu sahədəki vəziyyət barədə məlumat verdi. Alı Alıyev qeyd etdi ki, münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, Füzuli rayonunda bu sahələri inkişaf etdirmək olar. Bildirdi ki, bu il rayonda 500 ha sahədə pambıq əkilməsi üçün yer müəyyənləşdirilib və şum aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Müşavirədə aşağıdakı təkliflər irəli sürüldü: Torpağın yemləmə rasionunu düzgün müəyyənləşdirmək üçün qabaqcadan torpaqların analizi aparılması, Bitkilərin təlabatına uyğun suvarılma aparılması, üzvü gübrələrin yerlərdə hazırlanmasına diqqət yetirilməsi, pambıq əkininə görə istehsalçılara subsidiyalar verilsməsi, ərazilərin işğal olunması və baramaçılığın diqqətdən kənarda qalması nəticəsində rayonda əvvəllər mövcud olmuş tut bağları 20 ildən çoxdur ki, ləğv edilmişdir. Ona görə də yeni tut bağları salınması və ilk illərdə tut yarpaqlarının alınması üçün istehsalçılara subsidiyalar verilsin.
Füzulidə pambıqçılığın və baramaçılığın inkişafına həsr olunan müşavirə keçirildiDiskussiya şəraitində keçən müşavirədə pambıq emalı müəssisələrinin rəhbərləri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs ediblər.
Müşavirə iştirakçıları rayonda pambıq və barama istehsalının artırılmasını dəstəklədiklərini bildiriblər.

Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook