Taleh Qaraşov Vilvan kəndində vətəndaşları qəbul etdi - FOTO

29 aprel 2016
Taleh Qaraşov Vilvan kəndində vətəndaşları qəbul etdi - FOTOLənkəran ŞİH-nin başçısı növbəti səyyar qəbul-görüşünü aprelin 28-də Vilvan kəndində keçirdi.
İcra başçısının Vilvan inzibati ərazi dairəsində nümayəndəsi Hikmət Abbasov kəndin ərazisi, əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, ərazidə aparılan səliqə-səhman və abadlıq işləri barədə danışdı, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra bir neçə kənd sakini çıxış edərək Vilvan kəndində sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün ərazidə aparılan tikintiyə, yeni yaşayış massivinin təbii qazla təmin edilməsinə və s. işlərə görə ölkə rəhbərinə, eyni zamanda, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıq duyğuları ifadə edərək həmçinin ərazidə yaz-tarla işlərinin sürətlə aparıldığını, kənd təsərrüfatı işlərinə diqqətin artırıldığını söylədilər.
Ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Taleh Qaraşov Vilvan kəndində vətəndaşları qəbul etdi - FOTOSəyyar qəbul-görüşü yekunlaşdıran Taleh Qaraşov ölkədə dövlət-xalq birliyinin gündən-günə möhkəmləndiyini bildirdi. İcra başçısı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən ətraflı danışdı, ölkədə möhkəm sabitliyin və əmin-amanlığın hökm sürdüyünü diqqətə çatdırdı, respublika əhalisinin, o cümlədən lənkəranlıların cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğuladı.
Taleh Qaraşov Vilvan kəndində vətəndaşları qəbul etdi - FOTOAzərbaycanda xalqın rifah halının daha da gücləndirilməsi naminə sosial layihələrin və proqramların sürətlə icra edildiyini diqqətə çatdıran Taleh Qaraşov ərzaq təminatının və kənd təsərrüfatının inkişafının prioritet vəzifələr olduğunu söylədi, bu istiqamətdə Lənkəranda həyata keçirilən tədbirlərdən ətraflı bəhs etdi, torpaqlardan səmərəli istifadə edilməsi üçün ayrı-ayrı pay torpaqlarının fermer təsərrüfatında birləşməsinin vacibliyini önə çəkdi.
Sonda İcra başçısı görüş zamanı irəli sürülən təkliflərin və müraciətlərin həlli istiqamətində aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook