“İmkan vermirsiz ki, anamla danışam...” - Qurban Qurbanov

02 may 2016
“İmkan vermirsiz ki, anamla danışam...” - Qurban Qurbanov“Qələbə yaxşı oyunla gələndə daha şirin olur. Məncə, bu gün yaxşı oyun göstərdik. Futbolçuların hər birini təbrik edirəm. Ardıcıl üçüncü il çempion olduq”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXXII turunda səfərdə “Zirə”yə qalib gələn Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə çempionluğu rəsmiləşdirib.

Oyun başa çatdıqdan sonra gənc mütəxəssis fikirlərini bölüşüb: “Bu çempionluq münasibətilə bütün qarabağlıları təbrik edirəm. Əsgərlərimizə "sağ ol" deyirəm ki, torpaqlarımızı qoruyurlar. Səhv etmirəmsə, bu, "Zirə"nin evdəki ilk məğlubiyyəti idi. Çempionluq öz yerində, daha çox oyundan həzz aldım”.

- Bu mövsümdə sizin üçün ən çətin oyun hansı oldu?
- Hər oyun bizim üçün çətin idi. Məsuliyyət çox idi. Çempionluğa oynadığımızdan, futbolçularda xal itirmək qorxusu həmişə olur. Demək olar, asan oyunumuz olmadı.

- Hazırlıq dövrünü necə keçirməyi planlaşdırırsız?
- Ölkə xaricində hazırlıq keçəcəyik. Ən azı 3 yoxlama oyunu keçirməyi planlaşdırırırıq.

- Çempionluq kubokunu cəbhə bölgəsinə aparmaq barədə düşünmürsüz ki?
- Bu barədə düşünürük. Ancaq bunun üçün komandirlərin razılığı lazımdı. Bir dəfə Ağdamda olmuşduq. Bizim üçün bunu etmək çox asandı. Ancaq bu məsələ bizim səviyyəmizdə həll edilmir. Bu, hərbçilərin işdidi. Biz həmişə əsgərlərimizin yanındayıq.

- Sizdən qabaq "Neftçi" 3 il ardıcıl çempion olsa da, sonradan bu komandada eniş dövrü başladı. Sizdə də eyni tendensiyanın təkrarlanacağından qorxmursuz ki?
- Biz həmişə qorxuruq. Bu, istənilən komandanın başına gələ bilər. Bu barədə həmişə düşünürük. Ancaq üzərimizə düşən işi layiqincə yerinə yetirməyə çalışırıq. Qismətimizdə nə varsa, o da olacaq.

- Cəmi 44 yaşınız olsa da, 3 dəfə çempion olmusuz. Bu uğurlara sizi motivasiya edən nədi?
- Hər bir insan öz işində peşəkar olmalıdı. Hər şeydən əvvəl düzgün olmalıyıq. Belə olduğu halda, işimiz də düzgün olar. Çalışırıq ki, uğur bizi çaşdırmasın. Mən bir məşqçi olaraq daim özümü idarə etməyi bacarmalıyam. Üzərimə böyük məsuliyyət düşür. İnsan öz insani keyfiyyətlərini yüksəldirsə, uğur qazanmaq mümkündü.

- Hamı "Qarabağ"dan Çempionlar Liqasının qrup mərhələsinə düşməyi tələb edir...
- Futbolda həmişə istədiyin olmur. Biz çalışırıq ki, komanda öz oyununu təkmilləşdirsin. Qismətimizdə nə varsa, o da olacaq.

- Nə vaxtsa xaricdə çalışmağı düşünürsüz?
- Mən hazırda bu komandadayam. Düzünə qalsa, həmişə Azərbaycanda, öz ölkəmiz üçün çalışmaq istəmişəm. O ki qaldı ölkə xaricində çalışmağa, bəlkə gələcəkdə o səviyyəyə çatdıq. Bəlkə də heç çata bilməyəcəyik. Bizi kiçik futbol ölkəsi kimi tanıyırlar. Buna görə də, burdakı məşqçilərə maraq azdı.

- Şenol Günəş azərbaycanlı jurnalistlərə açıqlamasında "Qarabağ"la oynamaq istədiyini deyib...
- Belə komandayla qarşılaşmaq bizim üçün xoş olar. Bilmək olmaz, bəlkə avrokuboklarda qarşılaşdıq. Şenol Günəş həmişə mənim sevimli məşqçim olub. Türkiyədə "Beşiktaş"a azarkeşlik edirəm.

- Açıqlamalarınızın birində oyunlar zamanı sizdən çox ananızın həyəcan keçirdiyini demişdiz. Bu oyundan sonra onunla əlaqə saxlamısız?
- Bəli, elədi. Anam həmişə bizim oyunlarımızda çox həyəcanlanır. Ancaq bu oyundan sonra hələ ki, əlaqə saxlamamışam.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook