Prezident sərəncam verdi

04 may 2016
Prezident sərəncam verdiXaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2016-cı il.
Xəbəriniz olsun

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

12.12.2017 - Azərbaycanda ərzaq məhsullarının qiymətləri 17,1% bahalaşıb

12.12.2017 - Fazil Məmmədov vəzifəsini itirməklə can qurtarmayacaq: mülkünə əl qoyuldu

12.12.2017 - Qanlı olayın təfərrüatı: Gəlinini qonşu kişi ilə hamamda tutdu...

12.12.2017 - İcra başçısı müəllimlərə zorla pambıq əkdirir - Neftçalada etiraz

12.12.2017 - Qurban Qurbanov təsdiqlədi - Rəşad Sadıqov U-21-də!

12.12.2017 - Qayınata ərinə xəyanət edən gəlinini başından güllələdi – Bakıda

12.12.2017 - Putin və Ərdoğan Trampın qərarını qınadılar

12.12.2017 - Bakıda zirzəmidən yanmış kişi meyiti tapıldı

12.12.2017 - Nyu-Yorku ayağa qaldıran terrorçu: "Bu Qüdsə görədir..."

12.12.2017 - Ulduzlar dekabrın 11-nə nə vəd edir - FAL

12.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

11.12.2017 - İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."

11.12.2017 - Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib

11.12.2017 - Saakaşvili məhkəmə zalından azadlığa buraxıldı

07.12.2017 - Salyandakı tükürpədici qətliamın TƏFƏRRÜATI: manyak-qatil dörd qızını və arvadını necə öldürüb?

07.12.2017 - Ziya Məmmədovun mühafizəçiləri öldürülüb - İzlər kimə aparır?

07.12.2017 - “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının ən yaxşısı seçildi

07.12.2017 - Tramp Yaxın Şərq “bombasının fitilini çəkdi” – fəlakət ssenarisinə start!

Facebook