Ermənistan hökuməti ''DQR''-in tanınmasına “hə” dedi -layihə parlamentə göndərildi

05 may 2016
Ermənistan hökuməti ''DQR''-in tanınmasına “hə” dedi -layihə parlamentə göndərildiBu dəqiqələrdə Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”nin tanınması məsələsi ilə bağlı parlament müzakirələrinə etiraz etmədiyini açıqlayıb. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, hökumət yekun qiymətləndirməni edərək müxalifətdən olan deputatlar Zarun Postancanyan və Qrant Baqratyanın həmmüəllifliyi ilə hazırlanmış absurd qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verib. Məlumatda o da bildirilir ki, layihənin geniş müzakirəsinə ehtiyac olmayıb.

Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanı narahat olmamağa çağırmışdı. “Moskvada Ermənistan deputatlarının Qarabağın tanınması ilə bağlı təklifləri ilə əlaqədar panika üçün əsas görmürlər”-deyən Lavrov iddia etmişdi ki, bu erməni parlamentinin iki üzvünün təklifidir. “Ermənistan hökuməti onların qanunlarına əsasən, onların hamıya izah etdiyi kimi, bu qanun layihəsi ilə bağlı qiymətləndirmə verməlidir. Mən indi həyacan sinqalı verməz və panikaya düşməzdim”- Rusiya XİN başçısı demişdi.

Amma Ermənistan hökuməti hətta Lavrovun “iradəsinə zidd hərəkət edərək” layihənin parlamentdə müzakirəsinə razılıq verdi. İddialar var ki, əslində bu, Moskvanın xeyir-duası ilə baş verən prosesdir.

Rəsmi Bakı “DQR”-in tanınması halında baş verə biləcək hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib. Görünən budur ki, Ermənistan hökuməti savaş yolunu seçdi. Parlamentin bu səhvi düzəltməyəcəyi halında müharibə qaçılmaz olacaq.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook