''Heykəldən üzr istəyin, buraxaq sizi''

12 may 2016
''Heykəldən üzr istəyin, buraxaq sizi''Eks prezident Heydər Əliyevin büstünün üzərinə "Qul bayramınız mübarək" yazdığı ehtimal edilən gənclər bu gün məhkəmə qarşısına çıxarılıb. Xətai Rayon Məhkəməsində proses qapalı keçirilib. Bayram Məmmədov və Qiyas İbrahimova qarşı əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədilə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə maddəsi ilə cinayət işi açılıb. Bayramın yaxınları onun siqaret belə çəkmədiyini deyirlər:

"Narkotiki boyunlarına qoydular. Özbaşına, zorla evə soxuldular. Ev nümayəndələrindən heç kim orada iştirak etmədi. Özləri də basdılar içəriyə. Uşağın ümumiyyətlə narkotikdən xəbəri yoxdur."

Bayram Məmmədovun və Qiyas İbrahimovun barəsində 4 ay həbs- qətimkan tədbiri seçilib. Vəkil Elçin Sadıqov bildirib ki, Bayram Məmmədov məhkəmədəki ifadəsində onlara qoyulan narkotika ittihamının heykəl məsələsi ilə bağlı olduğunu deyib.

Vəkil bildirib ki, Qiyas İbrahimov istintaq zamanı işgəncə ilə alınan ifadədən imtina edib. Həmçinin "Qul bayramınız mübarək" yazan gənclərə şərt də qoyulub:

"Məhkəmədə bildirdilər ki, hər ikisindən heykəl qarşısında üzr istəməyi tələb ediblər. Deyiblə ki, "Aztv" gəlib çəkiliş aparsın, buraxaq sizi."
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook