“Nemət Pənahlı Surət Hüseynovun qəbuluna düşmək üçün saqqalını qırxmışdı”

13 may 2016
“Nemət Pənahlı Surət Hüseynovun qəbuluna düşmək üçün saqqalını qırxmışdı”1993-cü ilin iyununda Gəncədə baş verən qiyamın ildönümü ərəfəsində eks-prezident Əbülfəz Elçibəyə qarşı irəli sürülən ittihamlar onun tərəfdarları tərəfindən cavablandırılır, rədd edilir və qarşı tərəfə ciddi suallar edilir.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının təhqirləri ilə müşayiət olunan anti-Elçibəy çıxışlara yenidən cavablar verilib.

Teleqraf.com xəbər verir ki, son günə qədər Əbülfəz Elçibəyin köməkçisi olan Oqtay Qasımov Feysbuk şəbəkəsində növbəti dəfə bu məsələyə münasibətini ifadə edib: “Rəhmətlik Ədalət Rəhimli 1994-cü ildə Milli Məclisdə Nemət adlanan bu tipin adını dəqiq söyləmişdi: Padşah sarayındakı təlxək. 2000-ci ildə Nemət deyilən bu tipə cavabını almadığım sualları təkrar ünvanlayıram:

1.1988-ci il, 4 dekabr gecəsi meydan rus ordusu tərəfindən dağıdılanda insanları buraxıb kimin maşınında meydandan qaçdın?

2. Gəncə qiyamı vaxtı Azərbaycan dövlətinə xəyanət edib Surət Hüseynovun yanına gedib qəbuluna düşmək üçün saqqalını niyə qırxdın?

3.1996-cı ilın payızında Kələkiyə elçi göndərib Elçibəyin liderliyini etiraf və əməkdaşlıq təklif edən kim idi?”
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook