“Görək Əliyevlə Sərkisyan bir-birlərinin əlini sıxacaqmı...”

16 may 2016
“Görək Əliyevlə Sərkisyan bir-birlərinin əlini sıxacaqmı...”
Bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan prezidentləri arasında Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi ilə danışıqlar olacaq.

Danışıqların formatı barədə hələlik rəsmi məlumat yoxdur. Ancaq TASS bildirir ki, prezidentlərin Rusiya xarici işlər naziri Sergey Lavrov, Frans xarici işlər naziri Jan-Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə ayrılıqda müzakirələri gözlənilir. Daha sonra danışıqlar 3+2 formatında davam edəcək. Lakin İlham Əliyevlə Serj Sərkisyan arasında təkbətək görüşün olacağına dair dəqiq informasiya verilmir.

“Kommersant” qəzeti bu müzakirələr ərəfəsində Rusiya ekspertlərinin fikirlərinə yer verib. MDB İnstitutunun direktor müavini Vladimir Jarixin hesab edir ki, indiki situasiyada Əliyev və Sərkisyan Moskva, Paris və Vaşinqtonun mövqeyini eşitməlidir.

“Bu görüşün özü Rusiya və Birləşmiş Ştatların Dağlıq Qarabağ ətrafında vəziyyətin danışıqlar məcrasına yönəlməsi üçün birgə səylərini təsdiq edir. Onlar Minsk Qrupunun rolunu başa düşürlər. Hesab edirəm ki, hər iki tərəfin arqumentlərini dinləmək lazımdır”-Jarixin deyib.

Milli strategiya üzrə Şuranın baş direktor Valeri Xomyakov isə deyir ki, Vyana görüşündən konkret nəsə gözləmək lazım deyil. “Hansısa nəticə gözləmək çətindir. Ancaq tərəflər görüşlərin müntəzə xarakter alması barədə razılıq əldə edə bilərlər. İki prezidentin görüşməsi çox mühümdür. Baxaq görək onlar bir-birləri ilə necə ünsiyyət quracaqlar, bir-birlərinin əlini sıxacaqlarmı və s. Bu detallar bəzən çox şeyi deyir. Birinci addımı keçsələr onlar münaqişə ətrafında ehtirasların səngiməsinin sonrakı bazasının əsasını qoya bilərlər”-Xomyakov bildirib.

Beynəlxalq humanitar-siyasi araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ilk növbədə Moskva və Vaşinqton maraqlıdır. “Toqquşmaların dayandırılması üçün əsas var. Siyasi nizamlama isə 10-15, 20 il bundan qabaq olduğu kimi uzaqdadır. Bu, iri dövlətlərin kartlarını qarışdırır, çünki onlar istər-istəməz münaqişəyə cəlb oluna bilərlər. Hansı ki, bu arzuolunmazdır və domino effekti arada bilər. Tərəflər ilk növbədə bundan qaçmağa çalışır”-ekspert deyib.
Xəbəriniz olsun

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Gözdən əlillər Putindən kömək istəd ...

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

Facebook