“Ordu Ərdoğanı devirə bilər” – ŞOK İDDİA

17 may 2016
“Ordu Ərdoğanı devirə bilər” – ŞOK İDDİA
“Türkiyə ordusu yenidən güc qazanıb və sarayda hərbi çevrilişlə bağlı narahatlıq var”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

“Ordu prezident Rəcəb Tayyib Ərdoğanın siyasi rəqiblərini zərərsizləşdirdiyini izlərkən, hərbi çevriliş gücünü də yenidən qazanır”, - nəşr qeyd edib.

“The Wall Street Journal” bildirir ki, siyasətdən qaçan ordu Türkiyədə yenidən ortaya çıxan milli təhlükəsizlik məsələlərində əsas oyunçu mövqeyi qazanır: “Türkiyə ordusunun təsiri yenidən yüksəlişdədir. Keçmişdə siyasi liderləri kreslolarından uzaqlaşdıran güc indi prezident Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti və ölkə daxilində kürd üsyançılarına qarşı hərəkətləri çərçivəsində yenidən şəkillənir”.

Nəşrə danışan təqaüdçü hərbçi Mətin Gürcan qeyd edib ki, Türkiyə ordusu Ərdoğana qarşı hərəkətə keçə biləcək və tarazlığı qura biləcək yeganə təsirli gücdür.

Ordunun hərbi çevriliş həyata keçirəcəyi barədə fərziyyələr türk mediası tərəfindən zaman-zaman səsləndirilib. Bu fərziyələr mart ayının sonunda yenidən canlandı. Həmin vaxt yayılan xəbərlərə görə, Barak Obama administrasiyası Ərdoğanı devirməyi sınaqdan keçirib. Bu barədə bir jurnalist ABŞ Xarici İşləri Nazirliyinin sözçüsü Con Kirbyə sual verib.

“Türkiyə hökumətimi devirmək istəyirik? Yəni, budurmu sualınız? Bu, eşitdiyim ən mənasız və axmaq iddiadir”, - Kirbi cavab verib.

İki gün sonra - Ərdoğan Vaşinqtonda olarkən Türkiyə ordusu hərbi çevriliş iddialarının həqiqətə uyğun olmadığını bildirib.

“The Wall Street Journal” qeyd edir ki, Ərdoğan və amerikalı səlahiyyətlilərin orduya türk əsgərini Suriyaya göndərmək fikrini qəbul etdirməsi olduqca çətindir. Nəşr qeyd edir ki, Türkiyə ordusu ABŞ və NATO-nun razılığı almadan Suriyaya girməyə çəkinir. Bildirilir ki, Türkiyə ordusu Rusiya qırıcıları tərəfindən bombalanmasından ehtiyat edir.
Xəbəriniz olsun

20.06.2018 - Sabiq nazir özünə məxsus klinikada həkim nəzarətidndədir - YANINA HEÇ KİM BURAXILMIR

20.06.2018 - “GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat

20.06.2018 - Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin videosu yayımlandı

19.06.2018 - Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə

19.06.2018 - Paşinyanı qətlə yetirmək istədilər

19.06.2018 - İntihardan öncə çəkib nişanlısına göndərdiyi duyğusal video: "Tərlan, məni unutma..."

19.06.2018 - Pambıq zəhərlənməsi naziri İmişliyə apardı

19.06.2018 - Ermənistanın təyyarəsi vuruldu - RƏSMİ

19.06.2018 - Dərnəgüldəki taxta bazarında yanğın: 500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı

19.06.2018 - Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

Facebook