Sabunçu rayon icra başçısının oğlu silahlı “razborka”da: Adil Vəliyev minnətçi düşdü

18 may 2016
Sabunçu rayon icra başçısının oğlu silahlı “razborka”da: Adil Vəliyev minnətçi düşdü
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və onun oğlu Ənvər Vəliyevin adı son zamanlar mətbuatın gündəmindən düşmür. Bu dəfə Savash.org olaraq gundelik-baku.com tərəfindən irəli sürülən iddianı olduğu kimi diqqətinizə çatdırırıq:
“Mənbə iddia edir ki, hazırda atasının biznes imperiyasını idarə edən Ənvər Vəliyev vaxtının böyük hissəsini Bakıdakı bahalı əyləncə məkanlarında keçirir: «Deyilənlərə görə, icra başçısının oğlu qlamur həyat tərzi keçirir. Belə ki, paytaxtın ən bahalı əyləncə mərkəzlərinin daimi müştərisi olan Ənvər Vəliyevin xarici ölkələrə də tez-tez səyahətə getdiyi bildirilir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Adil Vəliyevin oğlu bir müddət əvvəl güclü «razborka»da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb. Bildirilir ki, bu məsələdə oğlunun adının hallandığını görən və Ənvər Vəliyevin həbs təhlükəsilə üzləşə biləcəyini yəqin edən Adil Vəliyev əlaqələrini işə salaraq çətin də olsa oğlunu təhlükədən xilas etməyi bacarıb. Deyilənlərə görə, Sabunçu rayon icra başçısı bu işə görə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən birinə minnətçi düşüb. Həmin şəxs isə öz növbəsində, edilən xahişi cavabsız qoymayıb. Əks halda, Adil Vəliyevin oğlu bu gün əməlinə görə qanun qarşısında cavab verməli idi…»
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook