Füzulidə baramaçılıq bərpa olunur - FOTOLAR

18 may 2016
Füzulidə baramaçılıq bərpa olunur - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada baramaçılığın inkişafına dair tapşırıqlarının icrası Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır. Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən müsbət qarşılanıb. Baramaçılıq 70-80-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzülə uğrayan baramaçılığın uzun fasilədən sonra bu il bərpa edilməsi, hazırda bazarda 1 kq baramanın qiymətinin 8 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb.
Füzulidə baramaçılıq bərpa olunur - FOTOLARRayonun işğaldan azad olunmuş ərazisinə bu il 1820 qr və ya 90 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən əhaliyə paylanılıb. Böyük Bəhmənli, Əhmədbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd kəndlərində çəkil ağaclarının müəyyən hissəsinin qorunub saxlanılması, ən əsası isə rayon sakinlərinin baramaçılıq sahəsindəki peşəkarlığı bu sahənin inkişafı üçün stimul yaradır.
Rayonun Böyük Bəhmənli kənd sakini Həsən Zeynalov deyir ki, yaşadığı kəndin əhalisi sovet dövründə baramaçılıqla məşğul olub: “Bu sahədə bizim zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdük.”
Baramaçılıqla məşğul olan digər sakinlər də qeyd edirlər ki, ipəkqurdu olan otağın teperaturu 24-25C olmalıdır. Keyfiyyətli barama əldə etmək üçün isə gərək, tut yarpağı əskik olmasın. İpəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.
Bu il Füzuli rayonunda 4-dan artıq bara istehsal etməlməsi gözlənilir.
Füzulidə baramaçılıq bərpa olunur - FOTOLAR
Füzulidə baramaçılıq bərpa olunur - FOTOLAR
Xəbəriniz olsun

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

13.08.2018 - Bakıda intiharın qarşısı alındı

13.08.2018 - Fədayə Laçın məhkəmədə DANIŞDI: "Qoca ilə qatarda gizlin..."

13.08.2018 - İlqar Məmmədov azadlıqda: Şəki Apellyasiya məhkəməsi REAL sədri haqda qərar verdi

11.08.2018 - İran Türkiyənin müdafiəsinə qalxdı

11.08.2018 - SOCAR-da yüksək vəzifədə çalışan şəxsin oğlu intihar etdi – Evinin qarajında… – Foto

11.08.2018 - "Azərişıq" ASC şişirdilmiş borc qəbzləriylə bağlı açıqlama yaydı: "Günah kondinsionerlərdədir..."

Facebook