Xaricdən Bakıya göndərilən poçt bağlamalarından narkotik çıxdı

18 may 2016
Xaricdən Bakıya göndərilən poçt bağlamalarından narkotik çıxdı
Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində Kanadadan beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan poçt bağlamasına gömrük baxışı keçirilərkən kəskin qoxuya malik bitki mənşəli kütlələr aşkar edilib.

Eyni gündə eyni şəxsin adına Böyük Britaniyadan beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olan digər bir bağlamadan isə gömrük nəzarəti zamanı toz halında maddə aşkar olunub.

Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən bitki mənşəli kütlələr təmiz çəkisi 56,54 qram olan qurudulmuş marixuana, toz halında maddə isə təmiz çəkisi 6,212 qram olan və Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan MDA - tenamfetamindir.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan vətəndaşı müəyyən edilərək poçt göndərişini qəbul edən zaman saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook