Putindən sevgi etirafı və sərxoş jurnalist - Mətbuat konfransından

18 dekabr 2014
Putindən sevgi etirafı və sərxoş jurnalist - Mətbuat konfransından Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında şəxsi həyatı barədə danışıb və sərxoş jurnalistin sualını cavablandırmalı olub.

“Qafqazinfo” xəbər verir ki, Putin şəxsi həyatında hər şeyin qaydasında olduğunu deyib:

“Hər şey qaydasındadır, narahat olmayın. Mənim Avropadan olan bir tanışım var, rəisdir. Məndən soruşdu ki, “qulaq as, sənin sevdiyin var?”. Mən soruşdum: “Hansı mənada?”. O deyir “sən kimi sevirsən yəni?”. Cavab veririəm ki “hə”. “Bəs səni kimsə sevir?”. Cavab verdim: Bəli. O isə “şükür Allaha” dedi.

Mətbuat konfransında digər diqqət çəkən məqam isə Rusiya prezidentinə sual verən jurnalistlərdən birinin sərxoş olması olub. Əvvəlcə özünün Türkiyədən gələn jurnalist kimi təqdim edən şəxs sual vermək üçün ona şans veriləndə Kirovdan olduğunu bildirib. Putin “siz axı Türkiyədən deyilsiniz” dedikdə isə jurnalist “nə etmək olar, belə alındı” deyib və zaldakı digər jurnalistlərin də gülüşünüə səbəb olub. Daha sonra jurnalist “siz bilirsiniz bizdə kvas hazırlayırlar. Çoxlu kavs..Yaxşı kvas” deyib. Putin isə “mən görürəm, siz artıq yellənirsiniz” deyə jurnalistə cavab verib.

Jurnalist mövcud iqtisadi durumda Vyatsk kvaslarını gözləyən böhrana toxunub və ticarət şəbəkəsində ancaq Koka-Kola, digər qazlı içkilərin satılmasından gileylənib. Putin Koka-Kola ilə müqayisədə Vyatsk kvaslarının faydasına arxayın olduğunu və yerli istahlakçılara yardım edəcəyinə vəd verib.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook