Rauf Vəliyev və oğlunun adı Panama sənədlərində - FOTOLAR

19 may 2016
Rauf Vəliyev və oğlunun adı Panama sənədlərində - FOTOLAR
"Xəzər Dəniz Gəmiçilik” QSC-nin sədri Braxon Group S.A və daha bir neçə şirkətlər yaradılıb

Panama sənədlərində adı keçən azərbaycanlı məmurların adları bir-bir ortaya çıxır. Həmin sırada Rauf Vəliyevin də adı bəlli olub. Məlum olub ki, "Xəzər Dəniz Gəmiçilik” QSC-nin sədri olan Vəliyev bir neçə offşor şirkət yaradıb.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda qeyd edilir ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.

Rauf Vəliyev və oğlunun adı Panama sənədlərində - FOTOLARDaha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verəcəyik.

JAM.AZ xəbər verir ki, Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin olunmazdan əvvəl uzun müddət SOCAR-da çalışıb. O, sonuncu təyinata qədər SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub.

Xatırladaq ki, siyahıda offşor zonalarda hesab, müəssisə və ya mülkləri olan həmyerlilərimizin adları qeyd olunub. Ümumilikdə siyahıda 127 nəfərin adı var. Onların içində ölkənin tanınmış biznesmenləri, hətta yüksək ranqlı məmurların adı var.

Rauf Vəliyev və oğlunun adı Panama sənədlərində - FOTOLARRauf Vəliyevin məsələsi araşdırlarkən, maraqlı bir məqam diqqətdən yayılıb. QSC sədrinin oğlu Raul Vəliyevin də adına şirkət yaradılıbmış. Bunu elə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun yayımladığı siyahıdan da görməm mümkündür. Belə ki, Raul Vəliyevin də eyni ünvanda yaşadığı, habelə başqa bir şirkətə başçılıq etdiyi diqqəti çəkir.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook