Türk iş adamı Bakı sakinlərini təhlükəyə atıb – (Fotolar)

25 noyabr 2014
Türk iş adamı Bakı sakinlərini təhlükəyə atıb – (Fotolar)
Qamışdan tikilən binanın birinci mərtəbəsində şirniyyat sexi açılır

Xəzər rayonunun Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 4 saylı binanın sakinlərinin həyatı təhlükədədir. Belə ki, yaşadıqları bina sakinlərin biri tərəfindən qəzalı vəziyyətə salınıb. Problemlə bağlı sakinlər müvafiq dövlət qurumlarına müraciət etsələr də, məsələ həllini tapmayıb.

Sakinlərdən Zərifə Əliyeva bildirir ki, mənzilini 2012-ci ilin sentyabr ayında təmir edib: "Biz 4 saylı binanın ikinci mərtəbəsində-mənzil 8 ünvanında yaşayırıq. Yaxın keçmişdə birinci mərtəbə, 7 saylı mənzilin sahibi Sürəyya xanım evini türkiyəli iş adamı Sinan adlı şəxsə satdı. O da mənzili ticarət obyekti kimi istifadə etmək niyyətindədir. İş adamı burada un məmulatlarının bişirilməsi və satışı ilə məşğul olmaq istəyir".

Z.Əliyeva bildirir ki, yaşadıqları bina 1938-ci ildə tikilib: "Bina qamışdan və taxtadan konstruksiya olunub. Yəni, hər an yanma, uçma təhlükəsi olan binadır. Binanın özəl dirəkləri taxtadır. Arakəsmələr isə üst mərtəbənin möhkəmliyini saxlayır. Mən əvvəllər bilmədim ki, qonşu belə söküntü apara bilər.

Sonradan dəfələrlə mənim iradlarıma baxmayaraq, Sinan binanı qəzalı vəziyyətə gətirib çıxartdı. Belə ki, o, döşəməni saxlayan güclü milləri çıxardaraq mənzili iaşə obyektinə çevirib. Obyektin üzərində olan bizim mənzillə yanaşı qonşunun evi, eləcə də blok yararsız hala düşüb. Bizim bina qamışdan olduğundan burada odla yanan bişirmə peçlərinin olması yanğın təhlükəsi yaradır. Bişirilən un məmulatlarının buxarı, peçlərin istisindən bizim mənzildə gələcəkdə yaşamaq mümkün olmayacaq. Əgər bu peçlər yanarsa, od bacaları qoyularsa, biz burda necə yaşayacağıq? Hələ kafe açılması mümkün olmadığı halda, burda kafe açır. Sizcə, 2 mərtəbəli evin pəncərəsinin altına-həyətə yığılan insanların səsindən biz burada necə yaşayacağıq?

İki aya yaxındır sakitliyimiz pozulub, xəstə adamam, səs-küydən nə otura, nə də dincələ bilirik. Binamızın həyəti isə qum, daş və zibillə doludur. Pəncərəmizi aça bilmirik ki, evimizə hava gəlsin. Bir sözlə, bizim mənzilimiz artıq yaşamaq üçün təhlükəlidir. Mən əsəbdən xəstəliyə tutulmuşam”.

Bu problemlə bağlı sakinlərin Fövqəladə Hallar Nazirliyinə ünvanladığı müraciətə cavabda bildirilir ki, nazirliyin mütəxəssisləri əraziyə baxış keçirib və yerində mütəxəssislər tərəfindən araşdırma aparılıb: "Araşdırma nəticəsində məlum olub ki, Mənzil Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla aidiyyati qurumlarla razılaşdırılmadan, müvafiq layihə sənədləri və Xəzər Rayon İcra Hakimiyyətindən icazə olmadan mənzildə yenidənqurma işləri aparılıb.

Binanın əsas yükdaşıyan divarları qamış, çiləkən tipli ağac materialından olduğundan işlərin dayandırılması, binanın qonşu mənzillərində yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə və Xəzər Rayon İcra Hakimiyyətinə 09 iyun 2014-cü ildə tərəfimizdən telefonoqram göndərilib.

Tikintiyə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan aidiyyatı üzrə müraciət etməyiniz tövsiyə olunur".

Sakinlərin müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) də cavab verib. Sürəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan cavabda bildirilir: "…Müəyyən edilib ki, Ə.İsazadə küçəsi, 4 saylı binanın 7-ci mənzilinin sahibi Can Aynur Tahir qızı tərəfindən aidiyyatı qurumların rəyi, razılığı və icazə sənədləri olmadan mənzilin küçə tərəfə açılan pəncərəsi qapı oyuğu ilə əvəz olunub.

Bildiririk ki, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə görülmüş tədbirlər nəticəsində açılmış qapı oyuğu bağlanıb.

Qeyd olunanları nəzərə alaraq, qanunsuzluqların, çatışmazlıqların və narazılığa səbəb olan digər amillərin aradan qaldırılması üçün qanunamüvafiq tədbirlər görülsün".

Z.Əliyeva bildirir ki, qanun və dövlət qurumlarının tələblərinə baxmayaraq, bina qəzalı vəziyyətdə qalmaqdadır: "Heç bir tədbir görülmür. Onlarla insanın həyatı ilə oyanmaqda davam edirlər". (bizimyol.info)
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook