Adının "MTN işi"nə bulaşması Kərəm Həsənovu bitirir: Fərhad Əliyevin aqibətini yaşayacaq

21 may 2016
Adının "MTN işi"nə bulaşması Kərəm Həsənovu bitirir: Fərhad Əliyevin aqibətini yaşayacaq
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov da nəqliyyat nazirinin taleyini yaşaya bilər.
Artıq bu istiqamətdə ilk addım atılıb. Prezident İlham Əliyev dünən “Dövlət əmlakının özəlləşdirilməsi prosesinjn təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Bu fərman özəlləşdirilmənin yeni qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır.
Bəzi iddialara görə, bu addımın kökündə Kərəm Həsənovun adının “MTN işi”nə bulaşması dayanır. Qeyd edək ki, mətbuatda Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun şəbəkəsi ilə işbirliyi barədə sensasion məlumatlar yayılmışdı. Bu məlumatlar nə təkzib, nə də təsdiq olunub. Bildirilir ki, Kərəm Həsənov da bir müddət Ziya Məmmədov kimi portfelsiz məmur olacaq.
Başqa məlumatlarda isə bildirilir ki, bu fərman hakimiyyətin hazırlaşdığı böyük özəlləşmə ilə bağlıdır. Bildirilir ki, maliyyə böhranından çıxmaq üçün hakimiyyə “Azərsu” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC kimi iri müəssisələri özəlləşdirməyə çıxarmaq barədə düşünür.
Görünən budur ki, hakimiyyət bu prosesdə isə Kərəm Həsənova etimad göstərməyə ehtiyat edir.
24saat.org
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook