Ağdamın icra başçısı aldığı tikinti materiallarının pulunu vermir: Raqub Məmmədov və qardaşı sahibkara necə "fırladıb"?

24 may 2016
Ağdamın icra başçısı aldığı tikinti materiallarının pulunu vermir: Raqub Məmmədov və qardaşı sahibkara necə "fırladıb"?
Ağdam rayonundan məcburi köçkün, hazırda müvəqqəti olaraq Bakının Səbail rayonu, Q.Abbasov küçəsi 9, ev 3-də məskunlaşan Bəxtiyar İsrafilov Ağdamın icra başçısı Raqub Məmmədovdan şikayətçidir. O, başına gələnlərlər bağlı güc strukturklarına müraciət edib. Bir surəti də 24saat.org-a daxil olan həmin müraciətdə deyilir:

“16-17 aydır ki, məndən daş üzlük, mişar daşı alan və bu günə qədər pulumu verməyən Ağdam icra başçısı Raqub Məmmədovdan şikayətçiyəm. 2014-cü ildə icra başçısının qardaşı, hazırda Yevlaxda polis idarəsində işləyən Şahin Məmmədovla görüşdük. Şahin mənə dedi ki, Raqub müəllim rayonumuzda abadlıq işləri aparır və Bakıda məcburi köçkünlər üçün yeni tikilmiş Müşfiqabad qəsəbəsində Ağdamdan olan məcburi köçkünlər üçün xeyir-şər evi tikdirəcək. Odur ki, ona mişar daşı, üzlük lazımdır. O, həmin malları bazar qiymətindən aşağı satmağı təklif edəndə ona imkanım daxilində bunu edəcəyimi söylədim. Sonra daş üzlüyün 3 növünü gətirib göstərdim. O da birini bəyəndi və qiymətini soruşdu. Daş üzlüyün 1 kvm 16 manata, mişar daşını isə 0.33-0.40 manat arası satacağımı dedim. Razılaşmadan sonra Şahin bildirdi ki, materialları göndərəndən sonra Raqub müəllim hamısının pulunu ödəyəcək. Mən də onlara inanaraq malları göndərdim. Quzanlı qəsəbəsinə göndərdiyim materialların, Raqub Məmmədovun mənə borcu on iki min doqquz yüz altmış manatdır. Ona bu qədər vəsaitə inşaat materialları göndərsəm də, bu günə qədər pulunu ala bilmirəm. Dəfələrlə icra başçısıyla görüşmüşəm, o isə gözləməyi bildirib. Axırıncı dəfə 2016-cı ilin aprelində Quzanlıya getdim. Onunla görüşmək istəsəm də, məni guya tanımadı. Küçədə bir nəfərlə söhbət edən icra başçısı hirslə məni tanımadığını və konkret olaraq pul verməyəcəyini dedi.
Qardaşı Şahin isə mayın 20-də mənə zəng edərək ünvanıma təhqiramiz küçə söyüşləri dedi. O, məni məhv edəcəyini, şikayət edəcəyim təqdirdə heç kimdən çəkinmədiyini söylədi.

Prezident Ağdamın inkişafı üçün milyonlarla pul ayırıb. İcra başçısı isə dövlətdən rayonumuza ayrılan pulları bu yolla oğurlayır.
Xahiş edirəm, mənim yaşlı və məcburi köçkün olmağımı nəzərə alıb Raqub Məmmədovdan pulumun mənə qaytarılmasına göstəriş verəsiniz”.
Xəbəriniz olsun

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

Facebook