Qaradağ RİH başçısı Lökbatan qəsəbəsində səyyar görüş keçirib

24 may 2016
Qaradağ RİH başçısı Lökbatan qəsəbəsində səyyar görüş keçirib19 may 2016-cı il tarixində Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayında rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 400-ə yaxın qəsəbədə sakini iştirak etmiş və 20 nəfər sakinin fərdi qaydada müraciətləri dinlənilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sakinlər tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll etmiş, digər müraciətlərin həlli istiqamətində aidiyyəti dövlət müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərdən danışmış, ölkə rəhbərinin göstərişinə əsasən fevral ayından rayonun qeyri-məşğul olan əhalinin işlə təmin olunması istiqamətində verdiyi tapşırıqlara əsasən ümumi rayon üzrə 1073 nəfərin işlə təmin olunduğunu, S.Orucov küçəsində yerləşən qamış tipli qəzalı evlərin sakinləri üçün inşa ediləcək yeni çoxmərtəbəli yaşayış binalarının inşası zamanı 600-dək yeni iş yerlərinin açılacağını qeyd etmişdir.
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov gələcəkdə rayonun inzibati ərazisində görüləcək işlər haqqında görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Xəbəriniz olsun

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

24.05.2018 - Paşinyan general Movses Akopyanı qovdu

24.05.2018 - Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

24.05.2018 - Gəncə Dövlət Universitetində məzun günü- FOTO

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

Facebook