Füzulidə 28 May - Respublika Günü qeyd olundu

27 may 2016
Füzulidə 28 May - Respublika Günü qeyd olundu
Horadiz şəhərində 28 may – Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışmışdır. Alı Alıyev qeyd etmişdir ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olmuşdur. Bildirmişdir ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsədə onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olmuşdur.
Alı Alıyev qeyd etmişdir ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 98 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir.
- “Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir.”
Tədbirdə Rayon məhkəməsinin hakimi Məhəmməd Bağırov məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı vermiş, 70 il sonra-1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir.
Çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulamışlar.
Xəbəriniz olsun

24.11.2017 - Süleyman Mikayılov Eldar Əzizova görə deputatı döydü - ŞOK TƏFƏRRÜAT

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

Facebook