Qulağı kəsilən şəxslə bağlı şok iddia: "Qızıma təcavüz etmək istəyib..."

31 may 2016
Qulağı kəsilən şəxslə bağlı şok iddia: "Qızıma təcavüz etmək istəyib..."
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Lerik rayonunda dəhşətli cinayət hadisəsi baş veirb. Veri kənd sakini, 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 37 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Əlirza Əliyev və Natiq İsiyevdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar Lənkəran rayonu ərazisində saxlanılaraq istintaqa cəlb olunublar.

İlkin istintaq tədbirləri zamanı saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər. Lakin onlar bildiriblər ki, hadisə heç də qulaqları kəsilən Lerik rayonu, Veri kənd sakini Rəfail İsiyevin atası Hüseyn İsiyevin dediyi kimi, otlaq sahəsinə görə deyil, namus üstündə olub.

Hadisəni törətməkdə təqsirli bilinən Natiq İsiyevin atası Seyidəli İsiyev azvision.az-a deyib ki, Rəfael İsiyevin qulaqları namus üstündə kəsilib: "Qızımın həyat yoldaşı Neftçala rayonunda çobanlıq edir. Ailəsi isə bizim kənddə qalır. Qızımın üç balaca körpəsi var. Rəfael və dostu Tahir içkili vəziyyətdə qızımın evinə yaxınlaşıb, təcavüz etmək istəyiblər. Amma onların niyyəti baş tutmayıb. Qızım qardaşlarına xəbər verib. Oğlanlarım bundan qəzəblənərək, Rəfaelin cəzasını veriblər. Bizdə namus məsələsi hər şeydən önəmlidir. Durduğu yerdə kimsənin qulağı kəsilmir. Deyirlər, hadisə guya otlaq sahəsi üstündə olub. Belə deyil. Hamı bilsin ki, Rəfaelin qulaqları namus üstündə kəsilib. Qızımın həyat yoldaşının hələ hadisədən xəbəri yoxdur".

Seyidəli İsiyev bildirib ki, hazırda hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır: "Hadisənin əsl səbəbkarları Rəfael və Tahirdir. Onlar camaatın evinə soxulmaq istəyiblər. Bütün kənd camaatı Rəfaelin atasına deyir ki, oğlunu kənddən rədd elə, o, bundan sonra bizim kənddə yaşaya bilməz. Rəfaeli kənddə hamı pis adam kimi tanıyır. O, kişiyə yaraşan hərəkət etməyib".
Xəbəriniz olsun

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

18.09.2017 - Merkel Türkiyəyə ultimatum verdi

18.09.2017 - "Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu

18.09.2017 - Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18.09.2017 - Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq

Facebook